Hansı avtobuslar xətdən çıxarılacaq? - 2026-dan sərt qaydalar

Ölkə gündəmini zəbt edən əsas problemlərdən biri köhnəlmiş nəqliyyat vasitələri ilə bağlıdır. Xüsusilə də sərnişin daşınmasında istifadə olunan avtobusların vəziyyəti çox müzakirə olunur. Hazırda yollarımızda hər cür avtobus, avtomobilə rast gəlmək olar. Respublikamız, paytaxtımız, yaşayış məntəqələrimiz inkişaf etdikcə, dövrün tələbinə uyğun olaraq müasir avtobusların, əsasən də ekoloji cəhətdən təmiz nəqliyyat vasitələrinin alınıb istismara buraxılması zərurətə çevrilib. Avtosfer.az xəbər verir ki, bu sahədə cari vəziyyət haqqında nəqliyyat eksperti Elməddin Muradlı "Referans Media"nın suallarını cavablandırıb.
Avtobuslar dağılır, şəxsi maşınlar təhlükə yaradır... - Sabunçunun qorxunc yolları - VİDEO

– Elməddin bəy, buraxılış ili köhnə olan avtobuslar tam şəkildə nə vaxt marşrut xəttlərindən çıxarıla bilər?
– Köhnə avtobusların yığışdırılması ilə bağlı artıq proses gedir. Demək olar ki, ötən il 400 yeni avtobus alınıb. Bunların da böyük əksəriyyəti elektriklə işləyir. Yeni avtobuslar həmişə olduğu kimi həm dövlət tərəfindən, həm də özəl daşıyıcı şirkətlər tərəfindən alınıb gətirilir. Ümumilikdə proses dayanmayıb, davam edir. Sadəcə az vaxtda bu işin tam görüləcəyi o qədər də real görünmür. Qısa müddətdə tələb olunan sayda avtobus alıb gətirmək mümkün deyil. Xüsusən elektrikli avtobuslar hazırda dünya bazarında kifayət qədər bahadır. Ona görə də bu proses mərhələli şəkildə aparıla bilər. Daşıyıcı şirkətlər bu işdə əsas lokomotivdilər. Amma daşıyıcı şirkətlərin, necə deyərlər, ayaq üstə qalması üçün dövlətin müəyyən güzəştlər etməsi yaxşı olardı. Bir müddət belə dəstəyin nəticəsində özəl sərnişindaşıma şirkətləri xeyli dəyişikliyə, inkişafa nail ola bildilər.
– Hazırda avtobus parklarının yenilənməsi prosesini qənaətbəxş hesab etmək olarmı?
– Avtobus parkının yenilənməsi çox da sadə məsələ deyil. Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA)-nın verdiyi açıqlamalara nəzər salanda görürük ki, ümumən vəziyyət o qədər də pis deyil. Yaxşı nəticələr var. Son dövrlər aparılan islahatlar müəyyən rıçaqlar yaradır ki, artıq biz pozitiv düşünək və tezliklə bu problemin həll olunacağını gözləyək. Təxminən 2 il əvvəl biz 1000 avtobusun yenilənməsindən danışırdıqsa, bu gün bu rəqəm 600-700 arasındadır. Yəni, illər keçdikcə daha az avtobusu dəyişmək lazım gəlir. Əsas odur ki, ardıcıl iş gedir və bu məsələ ən yüksək səviyyədə dövlətin diqqətində, nəzarətindədir. Vaxtaşırı Bakı ilə yanaşı Gəncə və digər böyük şəhərlərimizdə sərnişin daşınması üçün müasir avtobuslar alınıb istismara buraxılır. Azərbaycanda tezliklə elektriklə işləyən avtobusların yığılma prosesi də başlayacaq.
Xatırladıram ki, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin Kollegiyasının 2026-cı il yanvarın 1-dən qüvvəyə minmiş “Avtomobil nəqliyyatı xidməti haqqında müqavilənin bağlanılması üçün müntəzəm marşrutlar üzrə avtomobil nəqliyyatı xidməti göstərəcək avtomobil nəqliyyatı vasitələrinə dair tələblər”inə əsasən avtomobil nəqliyyatı vasitələri gedişhaqqının elektron qaydada ödənilməsi üçün nəzərdə tutulmuş ödəniş alətinə malik olmalıdır. Sıxılmış təbii qazla işləyən mühərriklə və dizel mühərriki ilə təchiz edilmiş avtomobil nəqliyyatı vasitələrinin yürüş həddi 1 milyon km-dən, elektrik mühərriki ilə təchiz edilmiş avtomobil nəqliyyatı vasitələrinin yürüş həddi 1,2 milyon km-dən artıq olmamalıdır. Dövlət qeydiyyat şəhadətnaməsində göstərilən buraxılış tarixindən 15 ildən artıq müddəti keçməməlidir. Elektrik mühərriki ilə təchiz edilmiş avtomobil nəqliyyatı vasitələrinin təkrar doldurula bilən və ya əvəz oluna bilən batareyalarla təmin olunmalıdır.
Paytaxtın 14 küçəsində tıxac var - SİYAHI
İsrail ŞOK siyahı yaydı – Onlar da ÖLDÜRÜLƏCƏK - FOTO
Pezeşkian bu gün üzr istəyir, sabah İran yenə qonşularına dron hücumu edir - POLİTOLOQ
ABŞ-İsrail qüvvələri açıqladıqlarının əksinə, İranı niyə məğlub edə bilmir? – Ekspertlər ŞƏRH ETDİ
Prezident pensiyalarla bağlı QANUNA DƏYİŞİKLİK ETDİ
36 ildir Prezidentin təhlükəsizliyini təmin edir - Bu gün yubileyidir
Ramazan ayının iyirminci gününün duası - İmsak və iftar vaxtı
Prezident İlham Əliyev Türkiyəyə raket hücumunu qınadı
"Türkiyəyə raket hücumunu qətiyyətlə pisləyirik" - Azərbaycan MN
Sovet Azərbaycanında 8 Mart təbliğatı - FOTOLAR
Ramazan ayının on doqquzuncu gününün duası - İmsak və iftar vaxtı










