Hansı avtomobil markalarını bazara çıxararkən qısa vaxtda satmaq mümkündür? - ARAŞDIRMA
Avtomobil bazarında amortizasiya, yəni dəyər itkisi ümumi qayda hesab olunsa da işlənmiş avtomobil bazarında bəzi modellər bu stereotipi pozur.
Avtosfer.az xəbər verir ki, bir çox halda avtomobil salondan çıxdığı anda qiymət itirsə də, geniş servis şəbəkəsi, ehtiyat hissələrinin əlçatanlığı və “etibarlılıq” imici müəyyən modelləri faktiki olaraq investisiya alətinə çevirir.
Ekspertlər bildirirlər ki, avtomobil artıq sadəcə nəqliyyat vasitəsi deyil, həm də maliyyə strategiyasının bir hissəsidir. Xüsusilə yanacaq qənaəti, mexaniki sadəlik və bazarda yüksək tələbat müəyyən modellərin qiymətini sabit saxlayır, hətta bəzi hallarda artım müşahidə olunur.
Bazarın ən sürətli satılan modellərindən biri “Fiat Egea”dır. 1.3 və 1.6 “multijet” mühərrik variantları, aşağı istismar xərcləri və geniş servis imkanları bu modeli işlənmiş bazarın liderlərindən birinə çevirib.
B seqmentində isə “Renault Clio” və “Hyundai i20” xüsusilə şəhər istifadəsi üçün əlverişli seçimlər sayılır. Aşağı yanacaq sərfiyyatı və kompakt ölçüləri bu modelləri ilk avtomobilini alanlar üçün cəlbedici edir. Satışa çıxarılan təmiz vəziyyətdə olan avtomobillər qısa müddətdə alıcı tapır.
Etibarlılıq deyildikdə isə bir çox alıcı üçün “Toyota Corolla” ön plana çıxır. Xüsusilə hibrid versiyalar son illərdə daha çox tələb görür. LPG-yə uyğun mühərrik variantları isə bölgələrdə yüksək likvidliyə malikdir.
D seqmentində “Volkswagen Passat” bazardakı mövqeyini qoruyur. Bu model bir çox hallarda investisiya avtomobili kimi qəbul edilir. Eyni zamanda “Renault Megane” geniş baqajı və zəngin avadanlıq paketləri ilə həm ailələr, həm də lizinq şirkətləri arasında populyardır.
C seqmentində “Honda Civic”, “Volkswagen Golf” və “Ford Focus” modelləri stabil tələbatla seçilir. “Civic” həm performans, həm də iqtisadi versiyaları ilə geniş auditoriyaya xitab edir. “Golf” isə keyfiyyət və komfort imicini qoruyaraq yüksək yürüşlü olsa belə dəyərini saxlayır. “Focus” xüsusilə dizel-avtomat kombinasiyasında bazarda tez alıcı tapır.
SUV seqmentində isə “Dacia Duster” əlverişli qiymət və sadə mexanika sayəsində son illərdə dəyəri ən çox qorunan modellərdən biri kimi göstərilir.
Mütəxəssislərin fikrincə, avtomobil alarkən marka imici, ehtiyat hissələrinin bolluğu və ikinci əl bazarındakı likvidlik əsas meyarlar sayılır. Bu amillər bəzi modelləri sadəcə nəqliyyat vasitəsi deyil, “dörd təkərli sərmayə”yə çevirir.
Eltac Zülfüqaroğlu
“Kəndlərdə əkin-biçin sahəsi qalmayıb, hamısı...” – Ekspert tıxacların səbəbindən danışdı
ABŞ və müttəfiqləri Çinin Yaxın Şərqdəki məsələlərdə vasitəçi olmasını niyə istəmir? – POLİTOLOQ
Prezident İlham Əliyevin İrlandiyaya işgüzar səfəri başa çatıb
Braziliyada rus dizelinə maraq göstərilmədi
Dublin görüşünün pərdəarxası: Bakı və İrəvan hansı razılaşmalara yaxınlaşır? - RƏY
Avropa ilə yeni əməkdaşlıq, Ermənistanla sülh: Dublində nələr müzakirə olundu? – AÇIQLAMA
Azərbaycanın qaz ixracında yeni hədəf: Avropaya nə qədər qaz satılacaq?
Britaniya ilə əməkdaşlıqda yeni hədəflər: Azərbaycan Avrasiyanın tranzit mərkəzinə çevrilir? – ŞƏRH
Orta Dəhlizin dayanıqlılığı üçün alternativ yollar niyə vacibdir? – ARAŞDIRMA
Bakı-Tbilisi qatarlarına tələbat niyə artıb? – EKSPERT - VİDEO
Bu yollarda tıxac var - SİYAHI












