Hava ilə bağlı bütün qurumlara xəbərdarlıq edilib

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ekoloji maarifləndirmə və ictimaiyyətlə əlaqələr şöbəsi oktyabrın 5-də və 6-da hava şəraitini kəskin dəyişəcəyi ilə bağlı yaydığı xüsusi təhlükəli hadisə haqqında açıqlanan məlumata aydınlıq gətirib. Avtosfer.az xəbər verir ki, bu barədə “qafqazinfo”ya açıqlama verən sözügedən şöbənin müdiri Umayra Tağıyeva xatırladıb ki, ötən gün hava şəraitinin kəskin dəyişməsi ilə bağlı yayılan xəbərdarlıq öz qüvvəsindədir: “Belə ki, oktyabr 5-dən başlayaraq Bakıda və Abşeron yarımadasında güclü şimal küləyi əsəcək. Gün ərzində şiddətli olacaq. Havanın temperaturu ötən günlərlə müqayisədə 5-8 dərəcə aşağı enəcək. Ümumiyyətlə, gün ərzində temperaturun anomal gedişi gözlənilir. Belə ki, adətən səhər saatlarında temperatur daha aşağı, gündüz saatlarında isə yuxarı olur. Ancaq sabah prosesin əksi müşahidə olunacaq. Yəni,səhər saatlarında havanın temperaturunun 20-22 dərəcə, günorta saatlarında maksimal temperaturun 15-18 dərəcə, axşam saatlarında isə 12-14 dərəcə olacağını gözləyirik. Belə hava şəraitində atmosfer təzyiqi kəskin yüksələcək. Bu da metohəssas insanlar üçün əlverişsiz bir hava şəraiti sayılır. Temperatur normadan aşağı olacaq. Ancaq əvvəlcə biz prosesi müşahidə etməliyik. Sonra ötən illərin norması ilə müqayisə edib məlumat verərik”. Onun sözlərinə görə, küləyin sürəti haqqında xəbərdarlıqlar iki gün əvvəldən bütün əlaqədar təşkilatlara, müvafiq qurumlara xüsusi xəbərdarlıq başlığı ilə ötürülüb: “Əhali üçün küləyin sürətinin rəqəmlərlə verilməsi əhəmiyyət kəsb etmir. Çünki bu rəqəmlərin nə demək olduğunu mütəxəssislər anlayır. Əhali üçün tərtib olunan proqnozlarda biz zəif, mülayim, güclü və şiddətli külək sözlərindən istifadə edirik. Artıq güclü və şiddətli deyəndə biz bunun arxasında nə dayandığını bilirik. Bu prosesdə küləyin maksimal sürətinin 20-25, arabir isə 30-33 metrə çatması haqqında məlumatlar müvafiq təşkilatlara göndərilib”. Qeyd edək ki, əhalinin nəzərinə çatdırırıq ki, iki gün ərzində küləyin şiddətli olması ilə əlaqədar ehtiyatlı olsunlar. Avtomobillərini ağacların altında saxlamasınlar.
.jpg)
Əminə Ərdoğan Mehriban Əliyevaya zəng edib
Çin maşınlarından istifadə avtomobil bazarında hansı asılılığı yaradır? - EKSPERT
Xırdalan-Bakı qatarlarınnın hərəkət cədvəli niyə dəyişdirilib? - AÇIQLAMA
Ermənistanla logistik əlaqələr Bakı-İrəvan münasibətlərinə necə təsir edəcək? – ŞƏRH
Xırdalanda "AAAF Park"ın qarşısında zibil problemi – Sakinlər narazıdır - VİDEO
Qəbələdən Avropaya birbaşa uçuşlar mümkün olacaq? – AÇIQLAMA - VİDEO
Bakının tıxaclı yollarının SİYAHISI
Vladimir Putin Birinci vitse-prezident Mehriban Əliyevanı təbrik edib
“Ramiz Mehdiyevin kürəkəni ilə razılaşmasaq, həbsə gedəcəyimizi demişdi” - İDDİA
Paytaxtın bəzi küçələrində sıxlıq müşahidə olunur - FOTO - YENİLƏNİB
Azərbaycanda logistika sahəsində xidmətlərin həcmi necə böyüyüb? - İQTİSADÇI










