Hava Limanı: Sərnişinlərin yüklərinin təhvili texniki səbəblərdən ləngiyə bilər - VİDEO

İstanbulun Atatürk Hava Limanında Bakıdan səfər edən şəxslərin çemodanlarının qəbulunda ləngimələr baş verir. Sərnişinlərin bildirdiyinə görə, buna səbəb bütün reyslərin əşyalarının eyni qəbul zolağında verilməsidir. Halbuki, digər çemodan təhvil vermə zolaqlarının hamısı boş olur.
Türkiyənin İstanbul şəhərinin Atatürk Hava Limanından “Report”un sorğusuna cavab olaraq bildirilib ki, sərnişinlərin yüklərinin təhvili zamanı texniki səbəblərdən ləngimə yarana bilər.
Məlumata görə, sərnişinlərin gəldiyi ölkədən asılı olmayaraq, baqajların hansı qəbul zolaqlarında təhvil veriləcəyi əvvəlcədən planlaşdırılır: “Bütün aviareyslərin yüklərinin eyni qəbul zolağında verilməsi bəzi istisnalar olmaqla mümkündür. Buna uçuşlardakı sıxlıq, aviareyslərdəki ləngimələr səbəb ola bilər. Bəzi qəbul zolaqları isə əvvəlki reyslərin yüklərinin təhvil verilməsi, ya da texniki problemlərdən dolayı boş qala bilər. İndiyədək bununla bağlı heç bir şikayət almamışıq. Atatürk Hava Limanı bu mövzuda çox həssasdır və müştəri məmnuniyyəti bizim üçün hər şeydən önəmlidir”.
Bakıda keçiriləcək sammitdə hansı məsələlər müzakirə olunacaq? – POLİTOLOQ
Bakı Funikulyoru ictimai nəqliyyat sisteminə qoşulsun – Ekpertdən TƏKLİF
150 manat cərimə oluna bilərsiniz - Sürücülərin diqqətinə!
Türkiyədə “ərəbləşmə” və “mollalaşma” müzakirələri – Azərbaycan məsələsi niyə gündəmdədir?
İlham Əliyevin ilk dəfə Prezident seçilməsindən 23 il ötür - VİDEO
Bu yollarda tıxac var - SİYAHI
İlham Əliyevin adından AQEM iştirakçılarının şərəfinə şam yeməyi verilib - FOTO
İlham Əliyev Tacikistan Prezidenti ilə görüşüb
Azərbaycanda cinsi əlaqə yaşı ilə bağlı qanunda dəyişikliyə ehtiyac var? - RƏY
İlham Əliyev Şavkat Mirziyoyevlə görüşüb - FOTO
Bank köçürmələrində yeni qaydalar: Komissiya artacaq? - AÇIQLAMA












