Hava soyuyan kimi taksi qiymətləri niyə kəllə-çarxa çıxır? - Ekspertdən AÇIQLAMA

Hava şəraiti əlverişsiz olduğu zaman, qar, yağış, şaxta və ya güclü külək kimi hallarda sərnişin daşıyan taksilərdə əlavə ödənişlərin tətbiqi məsələsi tez-tez müzakirə olunur. Bu vəziyyət sərnişinlərin hüquqları, tariflərin qanuni tənzimlənməsi və daşımacıların əlavə haqq tələb etməsi ilə bağlı hüquqi çərçivəni ortaya çıxarır.
Nəqliyyat eksperti Eldəniz Cəfərov bildirib ki, ölkəmizdə taksi qiymətləri dəyişən tarif prinsipi əsasında formalaşır və fiks qiymətlər yoxdur:
"Fərqli vaxtlarda və şəraitdə tövsiyə olunan başlanğıc qiymətlər tətbiq olunur, lakin qiymətlərin son forması tələb və təklifdən asılıdır. Məsələn, tətillərdə taksi qiymətləri adətən azalır, qar yağanda və ya hava şəraiti çətin olduqda isə qiymətlər yüksəlir".
Ekspert bildirib ki, buna baxmayaraq, taksi şirkətləri və sürücülər əvvəlcədən müəyyən edilmiş məbləğdən artıq pul tələb edə bilməzlər:
"Aqrrqatorlarda gediş məsafəsi və mənzilə çatdırılma üzrə göstərilən qiymət sərnişin üçün son qiymət sayılır".
Qeyd edək ki, əlverişsiz hava şəraiti zamanı bəzi taksi qiymətlərində artım müşahidə olunur.
Prezident İlham Əliyev televiziya və radio işçilərini təbrik edib
Prezident İlham Əliyev Mahmud Abbası təbrik edib
“Kəndlərdə əkin-biçin sahəsi qalmayıb, hamısı...” – Ekspert tıxacların səbəbindən danışdı
ABŞ və müttəfiqləri Çinin Yaxın Şərqdəki məsələlərdə vasitəçi olmasını niyə istəmir? – POLİTOLOQ
Prezident İlham Əliyevin İrlandiyaya işgüzar səfəri başa çatıb
Braziliyada rus dizelinə maraq göstərilmədi
Dublin görüşünün pərdəarxası: Bakı və İrəvan hansı razılaşmalara yaxınlaşır? - RƏY
Avropa ilə yeni əməkdaşlıq, Ermənistanla sülh: Dublində nələr müzakirə olundu? – AÇIQLAMA
Azərbaycanın qaz ixracında yeni hədəf: Avropaya nə qədər qaz satılacaq?
Britaniya ilə əməkdaşlıqda yeni hədəflər: Azərbaycan Avrasiyanın tranzit mərkəzinə çevrilir? – ŞƏRH
Orta Dəhlizin dayanıqlılığı üçün alternativ yollar niyə vacibdir? – ARAŞDIRMA












