Havada müşahidə olunan kəskin iy-qoxunun səbəbləri müəyyənləşib

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mütəxəssisləri mayın 4-8-də Bakının Xətai, Nizami, Səbail rayonlarında yaranan kəskin iy-qoxu ilə bağlı monitorinq keçirib, atmosfer havasından nümunələr götürüb və analizlər aparıb.
Bu barədə Avtosfer.az-a Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Mətbuat xidmətinin rəhbəri İradə İbrahimova məlumat verib.
Onun sözlərinə görə, analizlərin nəticələrinə əsasən atmosfer havasında müşahidə olunan kəskin iy-qoxunu yaradan səbəblər müəyyən edilib: "Havada karbohidrogen mənşəli qaz qarışıqları və hidrogen-sulfidin miqdarı müəyyən günlərdə normadan dəfələrlə artıq olub. Aparılan təhlillər zamanı kəskin iy-qoxu daha çox Neft Emalı zavodunun ərazisində, “Ekol Mühəndislik Xidməti” QSC-nin neftli suların təmizlənməsi və Nef Emalı zavodunun bioloji təmizləyici qurğularının ətrafında müşahidə olunub. Havadan gələn kəskin iy-qoxunun əsas mənbəyinin sözügedən zavod və “Ekol Mühəndislik Xidməti” QSC-nin neftli suların təmizlənməsi qurğusunun olduğu müəyyən edilib".
"Texnoloji prosesin pozulması və çirkab sularının təmizlənməsi normalarına riayət olunmadığına görə sözügedən müəssisələrə rəsmi xəbərdarlıq olunub. Hazırda qanun pozucuları barəsində qanunamüvafiq tədbirlər görülür və cərimə olunmaları üçün sənədləşmə işləri aparılır", - İ.İbrahimova qeyd edib.
Bakıda keçiriləcək sammitdə hansı məsələlər müzakirə olunacaq? – POLİTOLOQ
Bakı Funikulyoru ictimai nəqliyyat sisteminə qoşulsun – Ekpertdən TƏKLİF
150 manat cərimə oluna bilərsiniz - Sürücülərin diqqətinə!
Türkiyədə “ərəbləşmə” və “mollalaşma” müzakirələri – Azərbaycan məsələsi niyə gündəmdədir?
İlham Əliyevin ilk dəfə Prezident seçilməsindən 23 il ötür - VİDEO
Bu yollarda tıxac var - SİYAHI
İlham Əliyevin adından AQEM iştirakçılarının şərəfinə şam yeməyi verilib - FOTO
İlham Əliyev Tacikistan Prezidenti ilə görüşüb
Azərbaycanda cinsi əlaqə yaşı ilə bağlı qanunda dəyişikliyə ehtiyac var? - RƏY
İlham Əliyev Şavkat Mirziyoyevlə görüşüb - FOTO
Bank köçürmələrində yeni qaydalar: Komissiya artacaq? - AÇIQLAMA












