Havanı çirkləndirən müəssisəyə 12500 manatlıq İDDİA

Atmosferə atdığı tullantıya görə müəssisə cəzalanıb. Avtosfer.az xəbər verir ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinə Binəqədi rayonu, 1-ci Mədən, korpus 2-də yerləşən qara metal əritmə sexindən ətrafa tüstü və qoxunun yayılması ilə bağlı daxil olan şikayət Nazirliyin əməkdaşları tərəfindən yerində araşdırılıb və monitorinq keçirilib. Atmosfer havasından nümunələr götürülüb və analizlər aparılıb. Analizlərin nəticələrinə görə atmosfer havasına atılan tullantıların miqdarının normadan yüksək olduğu məlum olub. Araşdırma zamanı qara metal əritmə sexinin "Fərid-RL" MMC-yə məxsus olduğu müəyyən edilib. Faktla bağlı MMC barəsində protokol tərtib olunub və hüquqi şəxs qismində 12500 manat məbləğində cərimə edilməsi üçün toplanmış sənədlər Binəqədi Rayon Məhkəməsinə göndərilib. Atmosfer havasının çirklənməsinin qarşısının alınması istiqamətində zəruri və təxirəsalınmaz tədbirlərin görülməsi üçün "Fərid-RL" MMC-yə icrası məcburi olan müddətli “məcburi göstəriş” verilib.
Bu yollarda tıxac var - SİYAHI
İlham Əliyev: “Sülh hələ də kövrəkdir” - VİDEO
Xırdalanın nəqliyyat sistemində yenilik; nələr dəyişəcək? – AÇIQLAMA
Övladı doğulduğu üçün maşınını bəzəyənlər 500 manat CƏRİMƏLƏNİR? - RƏSMİ CAVAB
ABŞ-nin İranla bağlı planı; sanksiyalar və hərbi müdaxilə? – POLİTOLOQ
Mərkəzi Asiyada yeni güc savaşı: Çin və Hindistanın planı nədir?
Bakıda piyada gəzmək niyə çətinləşir? – Şəhərin əsas problemi
Azərbaycandan Aİ-92 ilə bağlı TƏCİLİ QƏRAR
Bu yollarda tıxac VAR - SİYAHI
Nurçuluqdan siyasi təsirə: dini icmaların görünməyən gücü haradan gəlir?
AKP Türkiyədə nəyi dəyişdi: İslam, hakimiyyət və siyasi maraqlar












