Havanı çirkləndirən zavod məhkəməyə verildi

Atmosfer havasını çirkləndirdiyinə görə Ekologiya və Təbii Sərvətlər Nazirliyi əməkdaşlarının 2 ay əvvəl cərimə sanksiyası tətbiq etdiyi “Bakı Fəhləsi Maşınqayırma Törəmə zavodu” ASC-nin ekoloji tələblərə cavab verməyən fəaliyyəti barədə ətrafda yaşayan sakinlər yenidən Nazirliyə şikayət edib. ETSN-dən Avtosfer.az-a verilən məlumata görə nazirliyin əməkdaşları tərəfindən müəssisənin yerləşdiyi Sabunçu rayonu, Anaşkin küçəsi ərazisində növbəti monitorinq və araşdırma aparılıb. Nəticələrə əsasən atmosfer havasına atılan zərərli maddələrin Yol Verilən Qatılıq Həddini keçdiyi, ekoloji normativ sənədlərin olmadığı, qaz-toztutucu qurğuların quraşdırılmadığı və 2018-ci ilin iyul ayında ETSN tərəfindən verilən “məcburi göstəriş”in tələblərinə riayət olunmadığı aşkar edilib. Faktla bağlı “Bakı Fəhləsi Maşınqayırma Törəmə zavodu” ASC barəsində akt və hüquqi şəxs qismində protokol tərtib edilib və müəssisə barəsində qanunamüvafiq tədbir görülməsi üçün toplanmış sənədlər Sabunçu rayon məhkəməsinə göndərilib. Xatırladaq ki, ETSN-nin əməkdaşları tərəfindən 2018-ci ilin iyul ayında “Bakı Fəhləsi Maşınqayırma Törəmə zavodu” ASC-nin şüşə-boru sexinin ətraf ərazilərində monitorinq aparılmış və atmosfer havasına atılan zərərli maddələrin sanitar norma həddini keçdiyi müəyyən edilmişdi. Zavodun icraçı direktoru İsgəndər Əliyev inzibati qaydada 2500 manat məbləğində cərimə olunmuş və çatışmazlıqların aradan qaldırılması məqsədilə ona icrası məcburi olan müddətli “məcburi göstəriş” verilmişdi.
Namiq
Prezidentin hesablarında Vətən müharibəsi ilə bağlı video paylaşılıb - VİDEO
Vasif Talıbov da YAP-ın Veteranlar Şurasından uzaqlaşdırıldı
Azərbaycana qarşı hibrid hücumların məqsədi nədir? – POLİTOLOQ
Qarabağ və Şərqi Zəngəzura ayrılan 13,2 milyard vəsait hansı istiqamətlərdə xərclənəcək? - AÇIQLAMA
Elektrikli avtomobillər 4 dəqiqəyə şarj olunur: Ən sürətli modellər AÇIQLANDI
Dayanacaq ciblərində asfalt niyə sıradan çıxır? – ARAŞDIRMA
Bu yollarda tıxac var - SİYAHI
Prezident İlham Əliyev AQEM-in Zirvə Görüşündən paylaşım edib - VİDEO
Qanunda dəyişiklik; erkən evliliklə bağlı qaydalar sərtləşdirilməlidir? – SORĞU – VİDEO
Özbəkistanda maraqlı qayda: Erkən nikahla bağlı məlumat ver, pul qazan
Yasamalda səkilər niyə genişləndirilmir? – RƏSMİ AÇIQLAMA












