Havanı zəhərləyən sex məhkəməyə verilir

Ekologiya və Təbii Sərvətlər Nazirliyinə “Bakı Elektriktökmə” ASC-nin ərazisində fəaliyyət göstərən metaləritmə sexindən havaya qara tüstü atılması ilə bağlı yenidən şikayət daxil olub. ETSN-dən Avtosfer.az-a verilən məlumata görə, Nazirliyin Ətraf Mühit üzrə Milli Monitorinq Departamentinin mütəxəssisləri tərəfindən sözügüdən sexin ərazisində növbəti dəfə monitorinq keçirilib və atmosfer havasından nümunələr götürülüb. Nümunələr üzərində aparılan fiziki-kimyəvi analizlərin nəticələrinə görə atmosferə atılan tullantıların miqdarının bu dəfə də normadan artıq olduğu müəyyən edilib.
Qeyd edək ki, bu ilin sentyabr ayında Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları tərəfindən havanı çirkləndirdiyinə görə metaltökmə sexinin sahibi Məmməd Ələkbərov fiziki şəxs qismində 3000 manat məbləğində cərimələnmiş və ona müasir standartlara cavab verən təmizləyici qurğunun quraşdırılması ilə bağlı icrası məcburi olan müddətli “məcburi göstəriş” verilmişdi. Sexin sahibi Məmməd Ələkbərov sentyabr ayında ona verilən məcburi göstərişin tələblərini yerinə yetirmədiyi üçün vəzifəli şəxs qismində 4800 manat məbləğində yenidən cərimə olunub. Sexin fəaliyyətinin dayandırılması tələbi ilə məhkəməyə müraciət olunması üçün sənədləşmə işləri aparılır.
Namiq
Bakı-Moskva qatarı bərpa olunacaq? - AÇIQLAMA
Bakı–Tbilisi qatarında bilet qiymətlərinə hansı tərəf qərar verir? - Ekspert AÇIQLADI
Bakı–Tbilisi–Bakı marşrutu üzrə qatarların hərəkət CƏDVƏLİ AÇIQLANIB
Ermənistan-Azərbaycan sərhədi nə vaxt açılacaq? - Vaxt bəlli oldu
WUF13-də QHT-lər qarşısında yeni məqsədləri müəyyənləşdirəcək – İB sədri - FOTO
Əsas magistral yollardan biri təmir olundu - SÜRÜCÜLƏRƏ ŞAD XƏBƏR - FOTO
Beynəlxalq forum QHT-lər arasında əməkdaşlığın gücləndirəcək – AQİL CAMAL - FOTO
Prezident İlham Əliyevə fəxri doktor adı verildi - FOTO
Hikmət Hacıyevdən quru sərhədlərlə bağlı AÇIQLAMA
Paytaxtın bu küçələrində sıxlıq var - SİYAHI
Bakının neft bumu şəhərin quruculuğuna necə təsir edib? - ARAŞDIRMA - FOTO








