Havanın isti keçməsi ilə ələqadar hərbi hissələrdə xüsusi rejim tətbiq olunub

Havanın hərarətinin kəskin surətdə yüksəlməsini nəzərə alaraq, şəxsi heyətin, xüsusilə də gənc əsgərlərin sağlamlığının qorunması, rahatlığı və normal istirahət şəraitinin təmin olunması məqsədilə müdafiə nazirinin əmrinə əsasən xüsusi rejim tətbiq olunub. Bu barədə "Report"un sorğusuna cavab olaraq Müdafiə Nazirliyindən bildiriblər. Görülən tədbirlər nəticəsində əsgər yataqxanaları, yeməkxanalar, digər inzibati binalar və poliqonlardakı sinif otaqlarında müasir kondisionerlər quraşdırılıb, hərbi hissələr sərinləşdirici avadanlıq və vasitələrlə təchiz edilib. İstilik və günvurmanın profilaktikası, şəxsi heyətin su təchizatının nizamlanması üzrə kompleks tədbirlər görülür. Döyüş hazırlığı məşğələləri səhər saat 11.00-dək və saat 17.00-dan sonra keçirilir, hərbi qulluqçulara günorta vaxtı istirahət verilir. Hərbi hissələrin ərazilərində, döyüş mövqelərində və təlim yerlərində şəxsi heyətin birbaşa günəş şüasından qorunması üçün kölgəliklər və duş yerləri hazırlanıb. Bütün hərbi qulluqçular daim qablaşdırılmış içməli su ilə təmin olunur.
Dövlət və özəl sektorda iş saatları dəyişdirilə bilər? – Deputatdan TƏKLİF
Bakıda AQEM-in 7-ci Zirvə Toplantısı keçirilir - FOTOLAR - YENİLƏNİB
Bakıda keçiriləcək sammitdə hansı məsələlər müzakirə olunacaq? – POLİTOLOQ
Bakı Funikulyoru ictimai nəqliyyat sisteminə qoşulsun – Ekpertdən TƏKLİF
150 manat cərimə oluna bilərsiniz - Sürücülərin diqqətinə!
Türkiyədə “ərəbləşmə” və “mollalaşma” müzakirələri – Azərbaycan məsələsi niyə gündəmdədir?
İlham Əliyevin ilk dəfə Prezident seçilməsindən 23 il ötür - VİDEO
Bu yollarda tıxac var - SİYAHI
İlham Əliyevin adından AQEM iştirakçılarının şərəfinə şam yeməyi verilib - FOTO
İlham Əliyev Tacikistan Prezidenti ilə görüşüb
Azərbaycanda cinsi əlaqə yaşı ilə bağlı qanunda dəyişikliyə ehtiyac var? - RƏY












