Havanın temperaturu 2-4 dərəcə aşağı enəcək - XƏBƏRDARLIQ

Sentyabrın 23-nə gözlənilən hava şəraiti açıqlanıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Hidrometeorologiya Departamentindən Avtosfer.az-a daxil olan məlumata görə, Bakıda və Abşeron yarımadasında sabah arabir yağış yağacağı gözlənilir. Gecə və səhər bəzi yerlərdə leysan xarekterli olacağı, şimşək çaxacağı ehtimalı var. Şimal-şərq küləyi əsəcək. Havanın temperaturu gecə 17-20°, gündüz 22-25° isti, Bakıda gecə 17-19°, gündüz 23-25° isti təşkil edəcək. Atmosfer təzyiqi 762 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət 80-90% olacaq. ETSN xəbərdarlıq edir ki, sentyabrın 23-də Bakıda və Abşeron yarımadasında arabir yağış yağacağı gözlənilir. Gecə və səhər bəzi yerlərdə leysan xarekterli olacağı ehtimalı var. Havanın temperaturu 2-4° aşağı enəcək. Azərbaycanın rayonlarında bəzi yerlərdə şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə leysan xarakterli intensiv olacağı ehtimalı var. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 14-19°, gündüz 23-28° isti, dağlarda gecə 6-11°, gündüz 13-18° isti təşkil edəcək.
Bakıda torpaqların bahalaşması mənzil qiymətlərinə təsir edəcək? - AÇIQLAMA
Su mənbələrindən istifadəyə görə ödənişlər ölkəyə necə təsir edəcək? - AÇIQLAMA
Anbarda gizlədilən 4 milyon manatlıq avtomobil hissələri ələ keçirildi – FOTO
Belə müdaxilələr binanın görünüşünə zərər verir - Memardan XƏBƏRDARLIQ - FOTO
Nabran yolu nə vaxt açılacaq? - FOTO
Rusiya hökuməti aşağı keyfiyyətli yanacaq istehsalına icazə verdi – BİZƏ TƏSİRİ
İşə maşınla gedənlərin NƏZƏRİNƏ!
Sumqayıtda prospekti təmir məqsədilə qazıb aylardır asfaltlamırlar – ŞİKAYƏT - VİDEO
Coratdakı çimərlik çəpərlənir; yenə restoran tikiləcək? – İDDİDA - VİDEO
Paytaxtın bəzi küçələrində sıxlıq müşahidə olunur - FOTO - YENİLƏNİB
“Azeri Light” 86 dollara düşdü: Neftin ucuzlaşması Azərbaycana necə təsir edəcək? - AÇIQLAMA










