Havaya atılan tullantıya görə sex rəisi cəzalandırılıb - Sumqayıtda

Ekologiya və Təbii Sərvətlər Nazirliyinə Sumqayıt şəhəri, Tuğ zavod yaşayış massivi ərazisində fəaliyyət göstərən metaləritmə sexindən atmosferə atılan tullantılarla bağlı daxil olan şikayət Nazirliyin əməkdaşları tərəfindən yerində araşdırılıb və monitorinq aparılıb.
Nazirlikdən Avtosfert.az-a verilən məlumata görə, atmosfer havasından götürülən nümunələr üzərində aparılan analizlərin nəticələrinə görə havaya atılan tullantıların miqdarının normadan artıq olduğu müəyyən edilib. Faktla bağlı “GurCel” MMC-yə məxsus metaləritmə sexinin rəisi Amil Süleymanov barəsində protokol tərtib edilib və o, vəzifəli şəxs qismində 3000 manat məbləğində cərimə olunub. Atmosferə atılan tullantıların qarşısının alınması, müasir təmizləyici qurğu və avandanlıqların quraşdırılması məqsədilə “GurCel” MMC-yə icrası məcburi olan müddətli “məcburi göstəriş” verilib.
TƏBİB Səhiyyə Nazirliyinə verildi: Minlərlə işçini nə gözləyir?
Səudiyyə Ərəbistanını husilərin hücumundan kim müdafiə edəcək? - POLİTOLOQ
Yeni qərardan sonra bağçalardakı yelləncək və sürüşkənlər söküləcək? – RƏSMİ AÇIQLAMA
Bakıda piyadaların təhlükəsizliyi üçün hansı dəyişikliklərə ehtiyac var? – DEPUTAT
Bakıxanovda nəqliyyat qovşağı və yeni iş yerləri yaradıla bilər? - TƏKLİF
Binədə Şəhidlər küçəsinin bərbad vəziyyət: Natəmizlik və yol problemi - VİDEO
Bu yollarda tıxac var - SİYAHI
İlham Əliyev: “Sülh hələ də kövrəkdir” - VİDEO
Xırdalanın nəqliyyat sistemində yenilik; nələr dəyişəcək? – AÇIQLAMA
Övladı doğulduğu üçün maşınını bəzəyənlər 500 manat CƏRİMƏLƏNİR? - RƏSMİ CAVAB
ABŞ-nin İranla bağlı planı; sanksiyalar və hərbi müdaxilə? – POLİTOLOQ












