"Hazırda Badamdardakı sürüşmə zonasında drenaj quyuları qazılır"

"Hazırda Badamdardakı sürüşmə zonasında drenaj quyuları qazılır". Avtosfer.az "Report"a istinadən xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Nazirlər Kabinetinin şöbə müdiri Şahin Salahov deyib. O bildirib ki, 150 metr dərinliyində 5 quyu qazılacaq: "Hazırda 3 quyunun qazılmasına başlanılıb. Quyuların qazılmasında məqsəd yeraltı suların səviyyəsini aşağı endirməkdir. Hazırda fəaliyyət göstərən quyular da var, qazılan quyular əlavədir". Şöbə müdirinin sözlərinə görə, hazırda ərazidə təhlükəsizlik tədbirləri görülür: "İnsanlar köçürülüb, yol bağlanılıb. Obyektlərin suyu, işığı kəsilib ki, yanğın, təhlükə, insan tələfatı olmasın. Digər tədbirlər isə araşdırmaların nəticələrinə uyğun olaraq həyata keçiriləcək. Evlərin sökülüb sökülməməsi ilə bağlı qərar da tədqiqatların nəticələrinə əsasən veriləcək. Hazırda evlərdə yaşayış yoxdur".
Türkiyənin illərini alan təhlükə: Din adı altında qurulan nüfuz
Dindən danışmaq asandır, bəs əməllər? – Söz başqa, reallıq başqa
Prezidentin hesablarında Vətən müharibəsi ilə bağlı video paylaşılıb - VİDEO
Vasif Talıbov da YAP-ın Veteranlar Şurasından uzaqlaşdırıldı
Azərbaycana qarşı hibrid hücumların məqsədi nədir? – POLİTOLOQ
Qarabağ və Şərqi Zəngəzura ayrılan 13,2 milyard vəsait hansı istiqamətlərdə xərclənəcək? - AÇIQLAMA
Elektrikli avtomobillər 4 dəqiqəyə şarj olunur: Ən sürətli modellər AÇIQLANDI
Dayanacaq ciblərində asfalt niyə sıradan çıxır? – ARAŞDIRMA
Bu yollarda tıxac var - SİYAHI
Prezident İlham Əliyev AQEM-in Zirvə Görüşündən paylaşım edib - VİDEO
Qanunda dəyişiklik; erkən evliliklə bağlı qaydalar sərtləşdirilməlidir? – SORĞU – VİDEO












