“Hazırda Bayıl sürüşmə sahəsində vəziyyət stabildir”

“Hazırda Bayıl sürüşmə sahəsində stabil vəziyyət hökm sürür”. Avtosfer.az xəbər verir ki, bunu “Report”a açıqlamasında Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Geoloji Kəşfiyyat Xidmətinin Geoloji planlama ekspedisiyasının rəisi Əziz Qaralov deyib. Onun sözlərinə görə, son dövrlər aparılan monitorinqlər nəticəsində Bayıl sürüşmə sahəsinin dinamikasında ciddi dəyişiklik müşahidə olunmayıb: “Bayılda sürüşmə hadisəsi qeydə alınan ərazilərdə mayak və reperlərimiz var, müşahidə işləri aparırıq. Ərazi daima nəzarətdədir”. Ə.Qaralov bildirib ki, ərazidə axtarış-kəşfiyyat işləri iyun ayında başa çatıb: “Araşdırma işlərinin sonunda hesabat tərtib olunub. Prosesin başvermə səbəbləri, ərazinin geoloji quruluşu haqqında tövsiyyələr və görülə biləcək tədbirlər haqqında məlumat müvafiq təşkilatlara, həmçinin Nazirlər Kabinetinə təqdim edilib. Qeyd edək ki, 2018-ci ilin fevral və may aylarında Bayıl qəsəbəsinin ayrı-ayrı yerlərində sürüşmə hadisələri baş verib.
Türkiyənin illərini alan təhlükə: Din adı altında qurulan nüfuz
Dindən danışmaq asandır, bəs əməllər? – Söz başqa, reallıq başqa
Prezidentin hesablarında Vətən müharibəsi ilə bağlı video paylaşılıb - VİDEO
Vasif Talıbov da YAP-ın Veteranlar Şurasından uzaqlaşdırıldı
Azərbaycana qarşı hibrid hücumların məqsədi nədir? – POLİTOLOQ
Qarabağ və Şərqi Zəngəzura ayrılan 13,2 milyard vəsait hansı istiqamətlərdə xərclənəcək? - AÇIQLAMA
Elektrikli avtomobillər 4 dəqiqəyə şarj olunur: Ən sürətli modellər AÇIQLANDI
Dayanacaq ciblərində asfalt niyə sıradan çıxır? – ARAŞDIRMA
Bu yollarda tıxac var - SİYAHI
Prezident İlham Əliyev AQEM-in Zirvə Görüşündən paylaşım edib - VİDEO
Qanunda dəyişiklik; erkən evliliklə bağlı qaydalar sərtləşdirilməlidir? – SORĞU – VİDEO












