Həbs edilən biznesmenin sürücüsü: "Mənə 1 milyon pul verdi"

Azərbaycanda biznes qurmaq istəyən Almaniya vətəndaşına qarşı 6 milyon avroluq dələduzluqda təqsirləndirilən Ələddin Yusifov barəsindəki cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib. Lent.az-ın məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində Hakim Rasim Sadıxovun sədrliyi ilə keçirilən prosesdə şahidlər dindirilib. İlk olaraq Ə.Yusifovun şirkətində mühasib işləmiş Nadejda Baxışova ifadə verib: “Ələddin Yusifovu 2015-ci ildən tanıyıram. İşə başlayanda Stichternath Heins-Georg Tomasla da görüşdüm və sənədlər barədə danışdıq. O, ofisin icarəyə neçəyə götürülməsi barədə məbləği açıqlamadı. Heins-Georg Tomas razılaşdı və ofisi icarəyə götürəcəklərini dedi. Mən ofisdə Elşən və Ələddin müəllimin danışığından eşitmişdim ki, o, ofisini alman vətəndaşına 2 milyon avroya icarəyə verir. Lakin Ələddin müəllimin Qazaxıstanda yerləşən şirkətlərə pul köçürdüyündən xəbərsizəm".
Ə.Yusifov şahidin yalan danışdığını deyib.
Prosesdə şahid qismindən Aydın Yusifov adlı şəxs də dindirilib. Ələddini indiyə qədər görmədiyini deyən şəxs əlavə edib ki, Ə.Yusifovun mülkü onun yoldaşının adına keçirilib: "Bacım zəng edib dedi ki, mülklə bağlı sənədləri mənim həyat yoldaşım Emilyanın adına keçirmək lazımdır. Çünkü onun körpə uşağı var idi. Mən şəxsən villanın natariusda alqı-satqısında iştirak etməmişəm, həyat yoldaşım orada olub".
Digər şahid Vaqif Əmrahov ifadəsində bildirib ki, Ə.Yusifovun ailə sürücüsü olub. O qeyd edib ki, Ələddin Yusifovun bir neçə şirkəti onun adında olub: "Onların hamısı formal olaraq mənim adıma idi. Ələddin müəllim pul verib ki, Elşənə aparım. Həmin pulların təxminən məbləği 1 milyona yaxın olub. Ələddin müəllimin şəxsi işlərinə heç vaxt qarışmamışam"
Adı çəkilən Elşən Şıxkərimov da məhkəmədə dindirilib. O, Ələddin Yusifovun ona heç vaxt pul vermədiyini deyib: "Ələddinin burda ssneri qurub. Nə danışır özüdə bilmir. Dedikləri yalandır. İndiyə qədər Qazaxıstana getməmişəm".
Proses iyunun 21-də davam edəcək.
İttiham aktına əsasən, Ə.Yusifov 2005-ci ildə “QKSSS” Məhdud Məsuliyyətli Cəmiyyəti (MMC) təsis edib. O, həmin MMC vasitəsi ilə neft məhsullarının idxalı, ixracı və digər işlərlə məşğul olub. Ə.Yusifov həmin şirkətin direktoru vəzifəsində işləyərkən Almaniyada keçmiş “Airwerk” şirkətinin baş direktoru, həmin respublikanın vətəndaşı Stichternath Heins-Georg Tomasa 2010-cu ildə özünü uğurlu və geniş əlaqələrə malik iş adamı kimi təqdim edib. O, almaniyalı iş adamına neft məhsullarının alqı-satqısı ilə məşğul olduğunu, bu yolla külli miqdarda gəlir əldə etdiyini bildirib, ona biznesə daha çox investisiya qoyulduğu halda daha çox gəlir əldə edəcəklərinə inandırıb. Ə.Yusifov qeyd olunan işləri görmək üçün almaniyalı iş adamından 6 milyon 540 min avro istəyib, həmin pulun 20 faiz miqdarında gəlir əldə edəcəklərinə yalandan vəd verib. Stichternath Heins-Georg Tomas Almaniya Federativ Respublikasında fəaliyyət göstərən müxtəlif banklar vasitəsi ilə “Texnikabank”da “QKSSS” MMC-nin hesabına 6 milyon 540 min avro köçürüb. Ə.Yusifov həmin pulu şəxsi ehtiyaclarına sərf edərək, almaniyalı iş adamına qarşı külli miqdarda dələduzluq edib. O, Cinayət Məcəlləsinin 178.3.2-ci (külli miqdarda dələduzluq törətmək) və 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə) maddələri ilə ittiham edilir.
Sürüşməyə görə sürücülərə bu yoldan istifadə etmələri tövsiyə olunur
Bakıda dərslər dayandırılıb? - AÇIQLAMA
Sürücülərə və şagirdlərə MÜRACİƏT – Piyada keçidlərində diqqətli olun!
Bakının bu yollarında tıxac var - SİYAHI - FOTO
Sərnişinlər üçün ictimai nəqliyyatda görünməyən təhlükə - Cibgirlərdən necə qorunmalı?
Evlər, maşınlar MƏHV OLDU - Zərəri kim QARŞILAYACAQ?
Belə yollara asfalt çəkilməsi sonradan problemə çevrilira - EKSPERT - FOTO
Azərbaycanda son günlər süni yağış texnologiyası sınaqdan keçirilib? – RƏSMİ AÇIQLAMA
Məmurlar hadisə yerinə getdi – Təhlükənin qarşısını almaq üçün tapşırıqlar verildi - VİDEO
BBAK-da intensiv yağıntıların fəsadları aradan qaldırılır - VİDEO
Azərbaycanda bu halda İŞ DAYANDIRILMALIDIR










