Həbsdə olan iş adamı hüquq-mühafizə orqanlarından 1 milyon manatlıq təzminat tələb edəcək

Keçən ilin iyun ayının 8-də Binəqədi rayonu ərazisində yerləşən “Safastore” mağazasına hücum təşkil etməkdə təqsirli bilinərək həbs edilən iş adamı Azadxan Xanməmməmmədov məhkəmənin onun barəsində verdiyi qərardan Ali Məhkəməyə şikayət edib. Musavat.com-a verilən məlumata görə, Binəqədi rayon Məhkəməsinin Cinayət Məcələsinin 32.3, 221.2.1, 32.3, 221.2.2-ci maddələri üzrə açılmış cinayət işi üzrə verdiyi qərardan Apelyasiya Məhkəməsinə şikayət edən və rədd cavabı alan iş adamı bu dəfə kassasiya şikayəti verib. O, Ali Məhkəməyə ünvanladığı şikayət məktubunda barəsində açılmış cinayət işi üzrə hüquq-mühafizə orqanlarının məsələyə qeyri-obyektiv yanaşdığını, baş vermiş hadisədə təşkilatçı və ya iştirakçı olmadığını, heç bir xuliqanlıq əməli törətmədiyini qeyd etmiş və Ali Məhkəmədən daha əvvəl verilmiş məhkəmə qərarlarını ləğv etməsini, barəsində bəraət hökmünün çıxarılmasını tələb edib. Azadxan Xanməmmədovun kassasiya şikayətində qeyd edilib ki, birinci instansiya məhkəməsi məsələyə qərəzli baxıb, o, hər hansı cinayət əməli törətmədiyi və ya təşkilatçı olmadığı halda, hadisəyə düzgün hüquqi qiymət verilməyərək haqsız olaraq həbs edilib. A.Xanməmmədov yaxın ətrafına bəraət aldıqdan sonra onun barəsində düzgün ittiham aktı hazırlamayan hüquq-mühafizə orqanlarını məhkəməyə verərək 1 milyon manatlıq mülki iddia qaldıracağını bildirib. İş adamı qanunsuz həbs edildiyini bildirib və hər bir vətəndaş kimi sonadək hüquqlarını tələb etmək niyyətindədir.
Qeyd edək ki, A.Xanməmmədovun kassasiya şikayətinə Ali Məhkəmədə oktyabrın 9-da hakim Gülzar Rzayevanın sədrliyi ilə keçiriləcək iclasda baxılacaq. Bildirilir ki, iş adamının ona bəraət veriləcəyinə ümidi çox böyükdür.
Prezidentin hesablarında Vətən müharibəsi ilə bağlı video paylaşılıb - VİDEO
Vasif Talıbov da YAP-ın Veteranlar Şurasından uzaqlaşdırıldı
Azərbaycana qarşı hibrid hücumların məqsədi nədir? – POLİTOLOQ
Qarabağ və Şərqi Zəngəzura ayrılan 13,2 milyard vəsait hansı istiqamətlərdə xərclənəcək? - AÇIQLAMA
Elektrikli avtomobillər 4 dəqiqəyə şarj olunur: Ən sürətli modellər AÇIQLANDI
Dayanacaq ciblərində asfalt niyə sıradan çıxır? – ARAŞDIRMA
Bu yollarda tıxac var - SİYAHI
Prezident İlham Əliyev AQEM-in Zirvə Görüşündən paylaşım edib - VİDEO
Qanunda dəyişiklik; erkən evliliklə bağlı qaydalar sərtləşdirilməlidir? – SORĞU – VİDEO
Özbəkistanda maraqlı qayda: Erkən nikahla bağlı məlumat ver, pul qazan
Yasamalda səkilər niyə genişləndirilmir? – RƏSMİ AÇIQLAMA












