Həbsdə olan polkovnik məhkəmədə söz verib: "İçəridən çıxım, 20 mini ödəyəcəyəm"

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən Daxili İşlər Nazirliyinin (DİN) Su Nəqliyyatında Polis İdarəsinin Ələt portunun sabiq rəisi, polis polkovniki Fərhad Məmmədxanovun cinayət işi üzrə məhkəmə iclası davam etdirilib. "Report"un xəbərinə görə, hakim Samir Əliyevin sədrliyi ilə keçirilən prosesdə məlum təqsirləndirilən şəxslə zərərçəkmiş arasında barışıq əldə edilmədiyi elan olunub. Zərərçəkmişin vəkili qeyd edib ki, dəymiş zərər ödənilməyib: "Müdafiə etdiyim şəxs söylədi ki, Fərhad Məmmədxanov 20 min versə, onu bağışlayacaq. Amma bu məbləğ də ödənmədi". Təqsirləndirilən polkovnik F.Məmmədxanov isə həbsxanada olduğu müddətdə həmin pulu ödəməsinin mümkün olmadığını vurğulayıb: "Hazırda həbsdəyəm. Həmin məbləğlə də razıyam. Amma içəridən çıxım, şərait yaradım, sonra pulu ödəyim. Heç yerə də qaçası deyiləm. Mənim ailəm var, uşağım xəstədir, ölür. Qanı qanla yumazlar. Söz verirəm ki, 20 mini ödəyəcəyəm".
Məhkəmənin növbəti iclası mayın 7-nə təyin edilib.
Qeyd edək ki, F.Məmmədxanov Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə İdarəsinin əməkdaşları tərəfindən tutulub və barəsində həbs qətimkan tədbiri seçilib.
İttihama görə, o, Eldar Hənifəyevi işə düzəltmək adı ilə 185 min manat pulu mənimsəməkdə ittiham olunur. O, həmin məbləğin 35 min manatını zərərçəkmişə qaytarıb.
F.Məmmədxanov Cinayət Məcəlləsinin dələduzluq (178-ci) maddəsi ilə ittiham edilir.
O, həbs edilməmişdən əvvəl DİN orqanlarından çıxarılıb.
Bakıda keçiriləcək sammitdə hansı məsələlər müzakirə olunacaq? – POLİTOLOQ
Bakı Funikulyoru ictimai nəqliyyat sisteminə qoşulsun – Ekpertdən TƏKLİF
150 manat cərimə oluna bilərsiniz - Sürücülərin diqqətinə!
Türkiyədə “ərəbləşmə” və “mollalaşma” müzakirələri – Azərbaycan məsələsi niyə gündəmdədir?
İlham Əliyevin ilk dəfə Prezident seçilməsindən 23 il ötür - VİDEO
Bu yollarda tıxac var - SİYAHI
İlham Əliyevin adından AQEM iştirakçılarının şərəfinə şam yeməyi verilib - FOTO
İlham Əliyev Tacikistan Prezidenti ilə görüşüb
Azərbaycanda cinsi əlaqə yaşı ilə bağlı qanunda dəyişikliyə ehtiyac var? - RƏY
İlham Əliyev Şavkat Mirziyoyevlə görüşüb - FOTO
Bank köçürmələrində yeni qaydalar: Komissiya artacaq? - AÇIQLAMA












