Həbsdə olan polkovnikin məhkəməsində Gömrük Komitəsinin vəzifəli şəxsləri dindirilib

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində rüşvət almada təqsirləndirilən Dövlət Gömrük Komitəsinin (DKG) Maliyyə və Təchizat İdarəsinin Maliyyə şöbəsinin sabiq rəisi, gömrük xidməti polkovnik-leytenantı N.İmanovun cinayət işi üzrə məhkəmə iclası davam etdirilib. Avtosfer.az-ın "Report"a istinadən xəbərinə görə, hakim Azad Məcidovun sədrliyi ilə keçirilən prosesdə şahid qismində DGK-nın Narkotiklər Şöbəsinin rəisi Mahir Cəfərov ifadə verib. O bildirib ki, N.İmanov saxlanılan zaman komitədə olub: "Həmin vaxtı Komitənin Əməliyyat İdarəsinin rəis müavini Rafael Əhmədov məndən bir işlə bağlı kömək lazım olduğunu xahiş etdi. O, mənim şahid kimi iştirak etməyimi istədi. Razılaşdım, baxış keçirilən zaman İmanovun üzərində, deyəsən, 2500 manat pul var idi. Daha sonra o, bunu təsdiqlədi. Digər olanlardan xəbərim yoxdur". M.Cəfərov ifadəsinin davamında təqsirləndirilən şəxslə tanışlığının olmadığını, bir neçə dəfə dəhlizdə salamlaşdıqlarını qeyd edib. Hakim söyləyib ki, şahidin məhkəmədəki ifadəsi ilə istintaqdakı ifadəsi arasında ziddiyyət var. Belə ki, M.Cəfərov məhkəmədə bu əməliyyatdan xəbərsiz olduğunu vurğulayıb. Lakin istintaqdakı ifadəsində əməliyyat barədə əvvəldən xəbərdar olduğunu, rəhbərlikdən məlumat aldığını deyib. M.Cəfərov "dəqiq xatırlamıram" deyib və istintaqa verdiyi ifadəsini təsdiqləndiyini söyləyib. Daha sonra şahid qismində DGK-nin Daxili Təhlükəsizlik Xidmətinin əməkdaşı Altun Əlirzayev dindirilib. Onun sözlərinə görə, Komitənin Əməliyyat İdarəsinin rəis müavini Rafael Əhmədovla birlikdə N.İmanova yaxınlaşıb. Şahid bildirib ki, göstərişi rəhbərlikdən alıb: "İmanova yaxınlaşıb, ondan Mənsur Zeynalovdan pul alıb-almadığını soruşduq. O da aldığını təsdiqlədi. Sonra da pul aşkar edildi. Bundan sonrasını bilmirəm". Məhkəmənin növbəti iclası dekabrın 12-nə təyin edilib. Qeyd edək ki, DKG-nın yaydığı məlumata əsasən, Dövlət Komitəsinin Əməliyyat-İstintaq Baş İdarəsi və Daxili Təhlükəsizlik İdarəsi əməkdaşlarının birgə keçirdiyi əməliyyat tədbirləri nəticəsində növbəti dəfə pensiya yaşına çatan gömrük əməkdaşlarından biri ilə 2500 manat pul müqabilində razılığa gələn N.İmanov həmin əməkdaşdan pulu alarkən yaxalanıb. DGK sədrinin müvafiq əmrinə əsasən, Maliyyə və Təchizat İdarəsinin Maliyyə şöbəsinin rəisi N.İmanov dərhal tutduğu vəzifədən azad edilib və hazırda fakt üzrə toplanmış materiallar hüquqi qiymət verilməsi üçün Baş Prokurorluğa göndərilib.
Parklanma hansı qaydalarla olmalıdır? - VİDEO
Küçələri lərzəyə gətirən sürücülərə XƏBƏRDARLIQ - VİDEO
Müasir dünyada real jurnalistikanın əhəmiyyəti artıb – DEPUTAT - FOTO
Bakı-Tbilisi qatar marşrutu üzrə gediş haqqı necə hesablanır? - AÇIQLAMA
Bakı-Tbilisi qatarlarında gediş haqqına nələr daxildir?
Həm yerli, həm də xarici jurnalistlərin fəaliyyəti üçün bütün şərait yaradılıb – Qalib İbrahimoğlu - FOTO
Bakıya ilk dəfə gələnlər bu şəhərə valeh olur – Koreyalı turist - FOTO
ADY-nin departament rəisi: Tbilisiyə səfərlər "Stadler"in müasir yataq tipli vaqonları ilə həyata keçiriləcək - MÜSAHİBƏ
Forumun uğurlu davam etməsinə həm də əhali dəstək olur – Tanzaniyalı turist - FOTO
Bakı-Tbilisi dəmiryol marşrutu üzrə GEDİŞ HAQQI BİLİNDİ
Əli Əsədovdan dəmiryolu ilə Gürcüstana gedəcək vətəndaşlarla bağlı QƏRAR










