Həbsdə olan şirkət rəhbərinin bir ayağı amputasiya edilib

Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən şirkət rəhbəri Elçin Babayevin cinayət işi üzrə məhkəmə iclası davam etdirilib. Avtosfer.az-ın "Report"a istinadən xəbərinə görə, hakim Eldar Mikayılovun sədrliyi ilə keçirilən prosesdə dövlət ittihamçısı çıxış edib. Prokuror çıxışında E.Babayevin 7 il 6 ay müddətinə azadlıqdan məhrum edilməsini istəyib. Prosesdə Elçin Babayevin vəkili müdafiə çıxışı edib. O bildirib ki, hüquqlarını müdafiə etdiyi şəxsə qarşı şikayət yoxdur. Belə ki, E.Babayevdən şikayətçi olan "Yeni Yasamal" MTK şikayətini geri götürüb. Şirkətə dəymiş zərər ödənilib və barışıq əldə edilib. Vəkil müdafiə etdiyi şəxsə şərti cəza təyin edilməsini istəyib. Daha sonra məhkəmədə məlum olub ki, şəkər xəstəliyindən əziyyət çəkən E.Babayevin sağ ayağı amputasiya (kəsilib) olunub. Qeyd edək ki, E.Babayev “Ulduz-S” MMC-nin rəhbəridir. O, "Yeni Yasamal" MTK-ya lift aparacağını vəd edib. Bu məqsədlə şirkətdən külli miqdarda pul alsa da, sonradan verdiyi vədinə əməl etməyib. E.Babayev Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq; külli miqdarda törədildikdə) maddəsi ilə ittiham edilir.
Prezidentin hesablarında Vətən müharibəsi ilə bağlı video paylaşılıb - VİDEO
Vasif Talıbov da YAP-ın Veteranlar Şurasından uzaqlaşdırıldı
Azərbaycana qarşı hibrid hücumların məqsədi nədir? – POLİTOLOQ
Qarabağ və Şərqi Zəngəzura ayrılan 13,2 milyard vəsait hansı istiqamətlərdə xərclənəcək? - AÇIQLAMA
Elektrikli avtomobillər 4 dəqiqəyə şarj olunur: Ən sürətli modellər AÇIQLANDI
Dayanacaq ciblərində asfalt niyə sıradan çıxır? – ARAŞDIRMA
Bu yollarda tıxac var - SİYAHI
Prezident İlham Əliyev AQEM-in Zirvə Görüşündən paylaşım edib - VİDEO
Qanunda dəyişiklik; erkən evliliklə bağlı qaydalar sərtləşdirilməlidir? – SORĞU – VİDEO
Özbəkistanda maraqlı qayda: Erkən nikahla bağlı məlumat ver, pul qazan
Yasamalda səkilər niyə genişləndirilmir? – RƏSMİ AÇIQLAMA












