Həbsdəki biznesmenə bağli yeni xəbər - BANKI ALDADIB

“AccesBank”ın şikayəti əsasında tanınmış biznesmenin həbs edilməsi hadisəsi ilə bağlı yeni faktlar məlum olub. Avtosfer.az-ın Nərimanov rayon Məhkəməsindən əldə etdiyi məlumata görə, bankın Baş prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinə şikayəti əsasında cinayət məsuliyyətinə cəlb edilmiş yeganə biznesmen Abşeron rayonunda yerləşən "Neapol" otelinin sahibi Şükür Əhmədov deyil. Bildirilir ki, “AccesBank” kredit götürərək müxtəlif formada ödənişdən yayınan bir neçə iş adamı barəsində hüquq-mühfizə orqanlarına müraciət edib. Həmin biznesmenlər arasında bir müddət əvvəl xuliqanlıq və dələduzluq kimi cinayətlərdə təqsirli bilinən 1961-ci ildəŞirvan şəhərində anadan olmuş Xanməmmədov Azadxan Allahqulu oğlunun da adı var. Belə ki, A.Xanməmmədov bankdan götürdüyü külli miqdarda pul kreditini geri qaytarmaqdan imtina edib. Nəticədə ümumilikdə cərimə və faizlərlə birlikdə 5milyon manatdan artıq (3 milyon dollar) kredit borcu yaranıb və bu səbəbdən də bank iş adamının barəsində müvafiq tədbirin görülməsi üçün Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinə şikayət edib.
Qeyd edək ki, bir müddət əvvəl iş adamı Xanməmmədov Azadxan Allahqulu oğluna qarşı Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq, külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə cinayət işi başlanıb. Daha əvvəl isə o, xuliqanlıq əməlində təqsirli bilinərək 3 il müddətinə azadlıqdan məhrum edilib.
A.Xanməmmədovun adı bir sıra digər qalmaqallarda da hallanıb.
Orxan
Prezidentin hesablarında Vətən müharibəsi ilə bağlı video paylaşılıb - VİDEO
Vasif Talıbov da YAP-ın Veteranlar Şurasından uzaqlaşdırıldı
Azərbaycana qarşı hibrid hücumların məqsədi nədir? – POLİTOLOQ
Qarabağ və Şərqi Zəngəzura ayrılan 13,2 milyard vəsait hansı istiqamətlərdə xərclənəcək? - AÇIQLAMA
Elektrikli avtomobillər 4 dəqiqəyə şarj olunur: Ən sürətli modellər AÇIQLANDI
Dayanacaq ciblərində asfalt niyə sıradan çıxır? – ARAŞDIRMA
Bu yollarda tıxac var - SİYAHI
Prezident İlham Əliyev AQEM-in Zirvə Görüşündən paylaşım edib - VİDEO
Qanunda dəyişiklik; erkən evliliklə bağlı qaydalar sərtləşdirilməlidir? – SORĞU – VİDEO
Özbəkistanda maraqlı qayda: Erkən nikahla bağlı məlumat ver, pul qazan
Yasamalda səkilər niyə genişləndirilmir? – RƏSMİ AÇIQLAMA














