Həbsdəki eks-icra başçılarından yalnız biri amnistiyaya düşür

Artıq bir neçə gündür Prezidentin təşəbbüsü ilə qəbul edilən amnistiya aktının icrasına başlanılıb. 20 min nəfərə şamil edilən bu Akt əsasında təkcə 5 minə yaxın məhkum cəzaçəkmə müəssisələrindən azadlığa buraxılacaq.
Bəs amnistiya aktı indiyə kimi həbs edilən keçmiş icra başçılarından kiməsə aid edilə bilərmi?
Avtosfer.az qafqazinfo-ya istinadən xəbər verir ki, “içəridə”ki eks-icra başçılarından yalnız Neftçalanın sabiq icra başçısı İsmayıl Vəliyev amnistiya aktından faydalana bilər.
Ona görə ki, İ.Vəliyevin çəkilməmiş cəmi 4 ay cəza müddəti qalıb. Amnistiya aktında yazılıb ki, ağır cinayət törətməkdə təqsirli bilinən şəxs ilk dəfə məhkum edilibsə, 6 aya qədər çəkilməmiş cəzadan azad edilə bilər. (İlk dəfə ağır cinayət törətdiklərinə görə təyin edilmiş müəyyən müddətə azadlıqdan məhrumetmə cəzasının bu Qərar qüvvəyə mindiyi günədək çəkilməmiş hissəsi 6 aydan artıq olmayan şəxslər-red.)
Bunu nəzərə alsaq, yaxında İsmayıl Vəliyev də azadlığa çıxa bilər.
Uzun illər Neftçalanın icra başçısı işləmiş Vəliyevin müavini Gültəkin Sadıqova da eyni əməllərə görə onunla birgə məhkum edilmişdi. İki gün əvvəl o da Amnistiya ilə azadlığa çıxdı.
İcra başçısı işləyərək sonradan həbs edilən - Vilyam Hacıyev, Mahir Quliyev, Namiq Zeynalov və Alimpaşa Məmmədova isə amnistiya aktı şamil edilmir. Çünki onlar həm xüsusilə ağır cinayət törətməkdə təqsirli bilinib, həm də cəza müddətlərinin çoxunu çəkməyiblər.
Bu yaxınlarda həbs edilən Musa Şəkiliyev və İslam Rzayevin cinayət işi isə hələ ki, ibtidai istintaq dövründədir.
Qeyd edək ki, Ədliyyə Nazirliyi Amnistiya aktını 4 ay ərzində icra etməlidir.
"Orta Dəhlizi və Şimal-Cənub Dəhlizini çox cəlbedici etdik" - İlham Əliyev
Avtobusda ödənişlə bağlı yenilik: iki bölgədə dəyişdi – növbə Bakıdadır…
Pul köçürmələrindəki yeni qaydalar kimlərə təsir edəcək? - İQTİSADÇI
"Bütün silahları pulla almışıq, özü də dünya qiymətinə - son gülləyə qədər" - Azərbaycan Prezidenti
Bu yollarda tıxac var - SİYAHI - YENİLƏNİB
Prezident YAP-ın VIII Qurultayı ilə bağlı paylaşım edib – VİDEO
Texniki baxışla bağlı SÜRÜCÜLƏRƏ VACİB XƏBƏR: Həmin 20 günü...
Oktyabrın 5-dən Bakının mərkəzində bu yol tam bağlanır – Sürücülərin DİQQƏTİNƏ - VİDEO
"Manatlıq taksi"lərin alternativləri yaradılacaq - AÇIQLAMA
Sürücülərin NƏZƏRİNƏ! - Bakının bu istiqamətlərində tıxac var - SİYAHI
Ermənistan Aİ-yə üzvlüyə hazırlaşır? – Politoloq AÇIQLADI












