Həbsxanada cinayətkar dəstə yaratmaqda təqsirləndirilən "Kritı Araz"a hökm oxunub

Bakı Ağır Cinayətlər Məhkəməsində həbsdə olan zaman cinayətkar dəstə yaratmaqda təqsirləndirilən, kriminal aləmdə "Kritı Araz" kimi tanınan Araz Fərəcov və dəstə üzvləri - Vüqar Musayev, Renad Zahirov, Namiq Babayev, Elməddin Şahbazov, Eltən Əliyev, Xəyyam Qurbanlının cinayət işi üzrə məhkəmə iclası başa çatıb.
"Report"un xəbərinə görə, hakim Rasim Sadıxovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.
Məhkəmənin hökmü ilə Araz Fərəcov 10 il, Vüqar Musayev 9 il, Renad Zahirov 9 il, Eltən Əliyev 8 il 6 ay, Xəyyam Qurbanlı 5 il və Elməddin Şahbazov isə digər cəzasının bu cəza ilə birləşməkə 17 il müdtinə azadlıqdan məhrum edilib.
Xatırladaq ki, prokuror çıxışında Araz Fərəcovun 10 il 7 ay, Vüqar Musayev , Eltən Əliyev və Renad Zahirov hər birinim 10 il, Namiq Babayev 7 il, Elməddin Şahbazun digər cəzasının bu cəza ilə birləşməkə 18 il və Xəyyam Qurbanlının isə 5 il müddətinə azadlıqdan məhrum edilməsini istəmişdi.
İttihama görə, A.Fərəcov Penitensiar xidmətin 8 saylı cəzaçəkmə müəssisəsində cəza çəkərkən 2016-ci ilin dekabr ayında əvvəldən tanıdığı Vüqar Musayev və digərləri ilə mütəşəkkil dəstə təşkil edib. Dəstə üzvləri Bakıda və bölgələrdə yayayış yerlərini talamaq məqsədilə oğurluq və quldurluq hadisələri törədiblər. İttihamda qeyd edilib ki, bütün bunları A.Fərəcov koordinasiya edib.
2017-ci il aprelin 14-də Dövlət Təhlükəsizlik Xidməti (DTX) əməkdaşlarının keçirdiyi əməliyyat zamanı Vüqar Musayev, Renad Zahirov, Namiq Babayev saxlanılıb.
Mütəşəkkil dəstənin həbsdə olan A.Fərəcov tərəfindən yaradıldığı bildirilir.
A.Fərəcovdan başqa, E.Şahbazov da həbsxanada ola-ola bu cinayətkar dəstənin üzvü olub. O da işləri "içəri"dən koordinasiya edib.
Xatırladaq ki, A.Fərəcov kriminal aləmdə "Kritı Araz" kimi tanınır. Onun mərhum "qanuni oğru" Rövşən Lənkəranskinin tərəfdarlarından olduğu deyilir.
Vladimir Putin Birinci vitse-prezident Mehriban Əliyevanı təbrik edib
“Ramiz Mehdiyevin kürəkəni ilə razılaşmasaq, həbsə gedəcəyimizi demişdi” - İDDİA
Paytaxtın bəzi küçələrində sıxlıq müşahidə olunur - FOTO - YENİLƏNİB
Azərbaycanda logistika sahəsində xidmətlərin həcmi necə böyüyüb? - İQTİSADÇI
Bakının illərdir sağalmayan yarası olan tıxac niyə yaranır? – MÜTƏXƏSSİS
Metronun çıxışındakı bərbad səki təhlükə yaradır – ŞİKAYƏT – VİDEO
İlham Əliyevin Özbəkistana dövlət səfəri ilə bağlı VİDEOİCMAL
Sumqayıtda 2022-ci ildə sökülən yol hələ də təmir edilməyib - VİDEO
Leyla Əliyeva ilk Buxara Biennalesinin əsərləri ilə tanış olub - FOTO
Prezident İlham Əliyevin Özbəkistana dövlət səfəri başa çatıb - FOTO
İlham Əliyevin Daşkənd səfəri Azərbaycana nələr qazandıracaq? - İQTİSADÇI










