Həbsxanada evlənən ömürlük məhbus cəzasının yüngülləşdirilməsini istəyir

Həbsxanada evlənən ömürlük məhbus Sergey Strelyayev cəzasının yüngülləşdirilməsini istəyir. Avtosfer.az-ın "Report"a istinadən xəbərinə görə, o, cinayət işi ilə yenidən tanış olmaq üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə müraciət edib. S.Strelyayev hazırda Bakı Ağır Cinayətlər Məhkəməsində cinayət işi ilə tanış olur. O, cinayət işi ilə tanış olduqdan sonra yenidən Ali Məhkəməyə müraciət edəcək. S.Strelyayev ömürlük azadlıqdan məhrum etmə cəzasının 20 ilə endirilməsini və ya işinə yenidən baxılmasını istəyir. Qeyd edək ki, S.Strelyayev 1997-ci ildə iki qonşusunu qətlə yetirib və ömürlük həbs cəzasına məhkum edilib. Şair olan S.Strelyayevin həbsxanada bir neçə kitab yazıb. O, 2013-cü ildə isə həbsxanada Lüdmila Alenikovla evlənib. S.Strelyayev L.Alenikovla 2011-ci ildə öz kitabının təqdimatı zamanı tanış olub. Sonra məktublaşıblar və telefonla danışıblar. Qadın onun ziyarətinə gəlməyə başlayıb. Daha sonra S.Strelyayev L.Alenikova evlənmək təklifi edib. Onların bu nikahdan bir övladı var.
Türkiyənin illərini alan təhlükə: Din adı altında qurulan nüfuz
Dindən danışmaq asandır, bəs əməllər? – Söz başqa, reallıq başqa
Prezidentin hesablarında Vətən müharibəsi ilə bağlı video paylaşılıb - VİDEO
Vasif Talıbov da YAP-ın Veteranlar Şurasından uzaqlaşdırıldı
Azərbaycana qarşı hibrid hücumların məqsədi nədir? – POLİTOLOQ
Qarabağ və Şərqi Zəngəzura ayrılan 13,2 milyard vəsait hansı istiqamətlərdə xərclənəcək? - AÇIQLAMA
Elektrikli avtomobillər 4 dəqiqəyə şarj olunur: Ən sürətli modellər AÇIQLANDI
Dayanacaq ciblərində asfalt niyə sıradan çıxır? – ARAŞDIRMA
Bu yollarda tıxac var - SİYAHI
Prezident İlham Əliyev AQEM-in Zirvə Görüşündən paylaşım edib - VİDEO
Qanunda dəyişiklik; erkən evliliklə bağlı qaydalar sərtləşdirilməlidir? – SORĞU – VİDEO












