Həbsxanada qiyamda həlak olan məhbusların sayı 47 nəfərə çatıb - FOTO

Tacikistanın Soqd vilayətinin Xocənd şəhərindəki ciddi rejimli cəzaçəkmə müəssisəsində baş vermiş qiyamda həlak olan məhbusların sayı 47 nəfərə çatıb. Avtosfer.az Azərtac-a istinadən xəbər verir ki, bu haqda Tacikistanın “Axbor” portalı məlumat yayıb. Məlumatda bildirilir ki, 47 məhbusun nəşi ekspertizadan keçirildikdən sonra ailələrinə təhvil verilib, qiyamda yaralanan 121 məhbus isə xəstəxanada müalicə edilir. Qiyam zamanı həbsxanada çalışan iki zabit və bir xüsusi təyinatlı da həlak olub, kalonun on keşikçisi yaralanıb. Xatırladırıq ki, noyabrın 7-dən 8-nə keçən gecə İŞİD qruplaşmasının üzvü olan məhbuslardan biri keşikçinin avtomatını əlindən alaraq həbsxananın nəzarətçi və keşikçilərinə atəş açıb. Bundan sonra məhbuslar birləşərək kalonun bir korpusunu ələ keçiriblər və bununla da qiyam başlayıb. Cəza evindəki qiyama görə məsuliyyəti İŞİD qruplaşması öz üzərinə götürüb.

Nurçuluqdan siyasi təsirə: dini icmaların görünməyən gücü haradan gəlir?
AKP Türkiyədə nəyi dəyişdi: İslam, hakimiyyət və siyasi maraqlar
Azərbaycanda Müstəqilliyin Bərpası Günüdür
Türkiyənin illərini alan təhlükə: Din adı altında qurulan nüfuz
Dindən danışmaq asandır, bəs əməllər? – Söz başqa, reallıq başqa
Prezidentin hesablarında Vətən müharibəsi ilə bağlı video paylaşılıb - VİDEO
Vasif Talıbov da YAP-ın Veteranlar Şurasından uzaqlaşdırıldı
Azərbaycana qarşı hibrid hücumların məqsədi nədir? – POLİTOLOQ
Qarabağ və Şərqi Zəngəzura ayrılan 13,2 milyard vəsait hansı istiqamətlərdə xərclənəcək? - AÇIQLAMA
Elektrikli avtomobillər 4 dəqiqəyə şarj olunur: Ən sürətli modellər AÇIQLANDI
Dayanacaq ciblərində asfalt niyə sıradan çıxır? – ARAŞDIRMA












