Hədə-qorxu ilə pul tələb edən şəxs kassasiya şikayətini geri götürüb

Ali Məhkəmədə hədə-qorxu ilə tələb etmədə təqsirləndirilən Qılman Mahmudovun barəsində olan məhkəmə qərarından verilən kassasiya şikayətinə baxılıb. Avtosfer.az-ın "Report"a istinadən xəbərinə görə, hakim Fərhad Kərimovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin kassasiya şikayətini geri götürdüyü elan olunub. Qeyd edək ki, Q.Mahmudov qanunsuz olaraq özgənin əmlakını ələ keçirmək məqsədi ilə 2016-cı ilin mart-may ayları ərzində “WhatsApp” vasitəsi ilə əvvəldən tanıdığı Zaqatala Rayon Məhkəməsində hakim köməkçisi vəzifəsində işləyən Elvin Əliyevə hədə-qorxu gəlib. Belə ki, o, E.Əliyevin istifadəsində olan mobil telefonun eyni adlı xidmətinə avtomat şəkli göndərməklə mətn hissəsində “biçəsiyəm” məzmunlu sms yazıb, hədənin təsirini gücləndirmək üçün həmin ərəfədə profil şəklinə tapança və tüfənglə çəkilmiş fotoşəkillər qoyub. Həmçinin onun barəsində Ədliyyə Nazirliyinə rüşvət almasına dair şikayətlər edib, haqqında rüsvayedici məlumatlar yaymaqla şərləyəcəyi ilə hədələyib. Daha sonra Q.Mahmudov həmin şəxsdən hədə-qorxu ilə 1000 manat məbləğində pul tələb edib. Bundan başqa, Q.Mahmudov 2016-cı ilin iyul ayında özünün müəllim işlədiyi Zaqatala rayonunun Yuxarı Çardaxlar kənd orta məktəbinin direktoru vəzifəsini icra edən Ramin Qarayevin diplomunun saxta olması, hərbi biletinin olmaması, habelə sürücülük vəsiqəsi olmadan avtomobil idarə etməsi barədə hüquq-mühafizə orqanlarına məlumat verməklə haqqında rüsvayedici məlumatlar yayaraq işləməyə qoymayacağını bildirib və ondan hədə-qorxu ilə 500 manat məbləğində pul tələb edib. Zərərçəkmişlərin şikayəti əsasında saxlanılan Q.Mahmudovun barəsində Cinayət Məcəlləsinin 182.2.2-ci (hədə-qorxu ilə tələb etmə) maddəsi ilə ittiham irəli sürülüb. Şəki Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə o, 6 il müddətinə azadlıqdan məhrum edilib. Hökmdən narazı qalan məhkum apellyasiya şikayəti verib. Şəki Apellyasiya Məhkəməsi isə birinci instansiya məhkəməsinin çıxardığı hökmünü qüvvədə saxlayıb. Daha sonra o, kassasiya şikayəti ilə Ali Məkəməyə müraciət edib.
Əminə Ərdoğan Mehriban Əliyevaya zəng edib
Çin maşınlarından istifadə avtomobil bazarında hansı asılılığı yaradır? - EKSPERT
Xırdalan-Bakı qatarlarınnın hərəkət cədvəli niyə dəyişdirilib? - AÇIQLAMA
Ermənistanla logistik əlaqələr Bakı-İrəvan münasibətlərinə necə təsir edəcək? – ŞƏRH
Xırdalanda "AAAF Park"ın qarşısında zibil problemi – Sakinlər narazıdır - VİDEO
Qəbələdən Avropaya birbaşa uçuşlar mümkün olacaq? – AÇIQLAMA - VİDEO
Bakının tıxaclı yollarının SİYAHISI
Vladimir Putin Birinci vitse-prezident Mehriban Əliyevanı təbrik edib
“Ramiz Mehdiyevin kürəkəni ilə razılaşmasaq, həbsə gedəcəyimizi demişdi” - İDDİA
Paytaxtın bəzi küçələrində sıxlıq müşahidə olunur - FOTO - YENİLƏNİB
Azərbaycanda logistika sahəsində xidmətlərin həcmi necə böyüyüb? - İQTİSADÇI










