Həkimdən XƏBƏRDARLIQ: Bu çörəklər insan orqanizmi üçün TƏHLÜKƏLİDİR

“Ölkəmizdə geniş yayılmış köklüyün birinci səbəbi çörəyin tərkibindəki maddələrdir”. Bu sözləri həkim dietoloq-nutrioloq Leyla Zülfüqarlı jurnalistlərlə keçirdiyi seminarda deyib. Həkim yediyimiz düzgün bişirilməmiş, tərkibində qatqı maddələri olan çörəklərin şəkərli diabet, köklük, kartof xəstəliyi və.s kimi xəstəliklərə səbəb olduğunu vurğulayıb. İnsanlar arıqlamaq üçün çörəkdən tamamilə imtina edir ya da qara çörək yeməyə başlayırlar. Dietoloq deyib ki, çörəkdən imtina etmək düzgün deyil. Doğru çörəkdən düzgün formada istifadə edilməlidir. Doğru çörək isə tam taxıllılardır. Bu baxımdan mütəxəssis köhnə üsulla bişirilən çörəklərin bazardan sıxışdırılıb çıxarılmasının tərafdarıdır. Qara çörək məsələsinə toxunan həkim bildirir ki, çörəyin rənginin qara olması onun ekoloji cəhətdən sağlam olması anlamına gəlmir. Rənglərinin süni şəkildə qaraldılması alıcıları cəlb etmək məqsədi daşıyır. Ekoloji cəhətdən təmiz qara çörək tamamilə az üyüdülmüş buğdadan ibarət olmalı və ya çovdar, yulaf unundan bişirilməli və ən əsası qatqısız olmalıdır. Əslində gündəlik qida menyusu elə tərtib olunmalıdır ki, həmin maddələri yeyilən digər ərzaqlardan da ala bilək. Kartof xəstəliyi barədə də məlumat verən dietoloq, bu xəstəliyin keyfiyyətsiz unlardan hazırlanmış təndir çörəklərindən əmələ gəldiyini qeyd edib: “Əgər fikir vermisinizsə, təndir çörəyini səhərə saxladıqda saqqız kimi dartılır, yapışqan olur. Bunun 1-ci səbəbi unun səhv formada saxlanmasıdır. Qeyd edim ki, un olan anbarlar torpaqdan 1 metr hündürlükdə olmalıdır. Digər səbəb isə çörək tez bişsin deyə temperaturu artırırlar ki, bu da düzgün bişirilmə qaydası deyil”. Sağlam çörək yemək istəyirsinizsə, qlütensiz, tam taxıllı olmasına diqqət edin.
Bakıda torpaqların bahalaşması mənzil qiymətlərinə təsir edəcək? - AÇIQLAMA
Su mənbələrindən istifadəyə görə ödənişlər ölkəyə necə təsir edəcək? - AÇIQLAMA
Anbarda gizlədilən 4 milyon manatlıq avtomobil hissələri ələ keçirildi – FOTO
Belə müdaxilələr binanın görünüşünə zərər verir - Memardan XƏBƏRDARLIQ - FOTO
Nabran yolu nə vaxt açılacaq? - FOTO
Rusiya hökuməti aşağı keyfiyyətli yanacaq istehsalına icazə verdi – BİZƏ TƏSİRİ
İşə maşınla gedənlərin NƏZƏRİNƏ!
Sumqayıtda prospekti təmir məqsədilə qazıb aylardır asfaltlamırlar – ŞİKAYƏT - VİDEO
Coratdakı çimərlik çəpərlənir; yenə restoran tikiləcək? – İDDİDA - VİDEO
Paytaxtın bəzi küçələrində sıxlıq müşahidə olunur - FOTO - YENİLƏNİB
“Azeri Light” 86 dollara düşdü: Neftin ucuzlaşması Azərbaycana necə təsir edəcək? - AÇIQLAMA










