Həmkarını döyən müəlliməyə bəraət verilib

Sumqayıt Apellyasiya Məhkəməsində qəsdən sağlamlığa yüngül zərər vurmada təqsirləndirilən Bəsti Allahverdiyevanın barəsində olan məhkəmə qərarından verilən apellyasiya şikayətinə baxılıb. Avtosfer.az-ın "Report"a istinadən xəbərinə görə, hakim Hüseyn Nəbiyevin sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub. Qərara əsasən, apellyasiya şikayəti təmin edilib. Məhkəmə B.Allahverdiyevanın barəsində bəraət hökmü çıxarıb. İttiham aktına əsasən, hadisə Sumqayıtda, Hacı Zeynalabdin Tağıyev qəsəbəsində yerləşən Firuzəddin Cəfərov adına Aşağı Cicimli kənd tam orta məktəbində baş verib. Həmin məktəbdə müəllim vəzifəsində çalışmış məcburi köçkün B.Allahverdiyeva həmkarı Aynur Şükürovanı döyüb. Hüquq-mühafizə orqanları tərəfindən B.Allahverdiyevanın barəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa yüngül zərər vurma) maddəsi ilə ittiham irəli sürülüb. Sumqayıt Şəhər Məhkəməsinin hökmü ona 500 manat məbləğində cərimə kəsilib. Hökmdən narazı qalan B.Allahverdiyeva apellyasiya şikayəti ilə Sumqayıt Apellyasiya Məhkəməsinə müraciət edib. O, barəsində bəraət hökmünün çıxarılmasını istəmişdi. B.Allahverdiyeva daha əvvəl mətbuata açıqlamasında günahsız olduğunu, bu işin məktəb direktoru tərəfindən edildiyini söyləyib.
Nurçuluqdan siyasi təsirə: dini icmaların görünməyən gücü haradan gəlir?
AKP Türkiyədə nəyi dəyişdi: İslam, hakimiyyət və siyasi maraqlar
Azərbaycanda Müstəqilliyin Bərpası Günüdür
Türkiyənin illərini alan təhlükə: Din adı altında qurulan nüfuz
Dindən danışmaq asandır, bəs əməllər? – Söz başqa, reallıq başqa
Prezidentin hesablarında Vətən müharibəsi ilə bağlı video paylaşılıb - VİDEO
Vasif Talıbov da YAP-ın Veteranlar Şurasından uzaqlaşdırıldı
Azərbaycana qarşı hibrid hücumların məqsədi nədir? – POLİTOLOQ
Qarabağ və Şərqi Zəngəzura ayrılan 13,2 milyard vəsait hansı istiqamətlərdə xərclənəcək? - AÇIQLAMA
Elektrikli avtomobillər 4 dəqiqəyə şarj olunur: Ən sürətli modellər AÇIQLANDI
Dayanacaq ciblərində asfalt niyə sıradan çıxır? – ARAŞDIRMA












