Həmkarını yumruqla öldürən taksi sürücüsünə hökm oxunub

Bakı Ağır Cinayətlər Məhkəməsində ehtiyatsızlıqdan ölümə səbəb olmaqda ittiham edilən Mehralı Babaşovun cinayət işi üzrə məhkəmə iclası başa çatıb. Avtosfer.az-ın "Report"a istinadən xəbərinə görə, hakim Rahib Salmanovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.
Məhkəmənin hökmü hökmü ilə M.Babaşovun ittiham olunduğu Cinayət Məcəlləsinin 126.3-cü (qəsdən sağlamlığa ağır zərər vurma, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olma) maddəsi 124-cü (ehtiyatsızlıqdan adam öldürmə) maddəsinə tövsif edilib. Hökmə əsasən, o, 2 il 3 ay müddətinə azadlıqdan məhrum olunub.
İttiham aktına əsasən, M.Babaşov taksi fəaliyyəti ilə məşğul olub. Nizami rayonu ərazisində, "Qara Qarayev" metrosunun yaxınlığında maşınını saxlayaraq müştəri gözləyib. Bu zaman digər taksi sürücüsü Murad Qasımov da həmin əraziyə gələrək maşınını saxlayıb və müştəri çağırmağa başlayıb. Bu zaman tərəflər arasında növbəyə görə mübahisə yaranıb.
Mübahisə zamanı M.Qasımov M.Babaşovu təhqir edib. Daha sonra o, bir yumruq zərbəsi ilə M.Qasımovun sifət nahiyəsinə zərbə endirib. Yerə yıxılan M.Qasımovun başı asfalta dəyib və ağır xəsarət alıb. Xəstəxanaya çatdırılan yaralının həyatını xilas etmək mümkün olmayıb.
M.Babaşova qarşı CM-nin 126.3-cü (qəsdən sağlamlığa ağır zərər vurma, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olma) maddəsi ilə ittiham irəli sürülüb.
Bu markada nasazlıq aşkarlandı; yüzlərlə avtomobil geri çağırılır
Çuxurlarla dolu yollar Lökbatan sakinlərini cana yığıb - VİDEO
Ölkəyə avtomobil gətirənlərin nəzərinə; gömrükdə nələrlə qarşılaşacaqsınız? - VİDEO
Sürücülərin NƏZƏRİNƏ! - Bu yollarda tıxac var - FOTO - YENİLƏNİB
Sudan istifadəyə görə kimlər ödəniş edəcək? – RƏSMİ AÇIQLAMA
Biləcəridə qazılan yol sürücülər üçün təhlükə yaratmağa davam edir - VİDEO
G7 sammitinin əsas gündəmi hansı mövzu oldu? - Politoloq AÇIQLADI
ABB-nin SMS xidməti müştərilərə xəbərdarlıq edilmədən bahalaşıb? - RƏSMİ AÇIQLAMA
“Kinolardakı driftləri təkrarlamaq istəyirlər” - 16 yaşlılara hansı halda icazə var? - FOTO - VİDEO
“Gənclik Mall”un şüşələrini təmizləyənlərə dəbilqə verilmir? - VİDEO
TƏBİB-dən qızı qəzada ölən vəkilin iddiaları ilə bağlı AÇIQLAMA










