Həmyerlisini bıçaqlayan şəxsin cinayət işi məhkəməyə göndərilib

Bakıda həmyerlisini bıçaqlayan Zakir Bünyatovun cinayət işi üzrə ibtidai istintaq başa çatıb. Avtosfer.az-ın "Report"a istinadən məlumatına görə, onun barəsində toplanan cinayət işinin materialları baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib. Cinayət işi hakim Əliövsəd Abasovun icraatına verilib. Məhkəmənin vaxtı yaxın günlərdə bəlli olacaq.
Qeyd edək ki, hadisə Xəzər rayonu, Binə qəsəbəsində baş verib. Həmin qəsəbədə yaşayan Z.Bünyatov bıçaqla həmyerlisi Məlik Əzizovun döş qəfəsinə bir neçə zərbə vurub. Yaralı qan içində 3 saylı şəhər xəstəxanasına çatdırılıb, onun həyatını xilas etmək mümkün olub.
Hadisəni törədən şəxs isə 2-ci polis bölməsinin əməkdaşları tərəfindən saxlanılaraq istintaq şöbəsinə təhvil verilib.
İlkin istintaq hərəkətləri zamanı məlum olub ki, Z.Bünyatov həmyerlisini təhqir üstündə vurub. Belə ki, M.Əzizov bir neçə nəfərin yanında onu təhqir edib. Buna dözə bilməyən Z.Bünyatov həmyerlisini cəzalandırmaq qərarına gəlib.
Onun barəsində Cinayət Məcəlləsinin 126.1-ci (qəsdən sağlamlığa ağır xəsarət yetirmə) maddəsi ilə ittiham irəli sürülüb və Z.Bünyatovla bağlı məhkəmə həbs qətimkan tədbiri seçib.
Rəcəb Tayyib Ərdoğan İlham Əliyevə zəng edib
Əhalinin kredit borclarının artması risklidir, yoxsa zəruri? - AÇIQLAMA
Bakıda kütləvi tədbirlər zamanı ictimai nəqliyyat necə təşkil olunmalıdır? – EKSPERT
Övladı doğulduğu üçün maşınını bəzəyənlər 500 manat cərimələnirlər? - VİDEO
Məkkə Sazişi İranı narahat edir: Pakistanla sərhəd niyə bağlandı?
Xırdalanda tunel tikintisindən sonra növbəti addım nə olacaq? – EKSPERT
TƏBİB Səhiyyə Nazirliyinə verildi: Minlərlə işçini nə gözləyir?
Səudiyyə Ərəbistanını husilərin hücumundan kim müdafiə edəcək? - POLİTOLOQ
Yeni qərardan sonra bağçalardakı yelləncək və sürüşkənlər söküləcək? – RƏSMİ AÇIQLAMA
Bakıda piyadaların təhlükəsizliyi üçün hansı dəyişikliklərə ehtiyac var? – DEPUTAT
Bakıxanovda nəqliyyat qovşağı və yeni iş yerləri yaradıla bilər? - TƏKLİF












