Həmyerlisini güllələyən şəxsə hökm oxunub

Ağstafa rayonunda həmyerlisini öldürməyə cəhd edən şəxsin məhkəməsi başa çatıb. Avtosfer.az-ın "Report"a istinadən məlumatına görə, Gəncə Ağır Cinayətlər Məhkəməsində hakim Kəramət Əliyevin sədrliyi ilə keçirilən məhkəmədə Ağstafa rayon sakini, 1983-cü il təvəllüdlü Tural İbrahim oğlu Qurbanova höküm oxunub. Cinayət Məcəlləsinin 29,120.1 (öldürməyə cəhd) maddəsi ilə ittiham olunan T.Qurbanov məhkəmənin qərarı ilə 9 il 6 ay azadlıqdan məhrum edilib. Qeyd edək ki, bu ilin fevral ayında T.Qurbanov mübahisə zəminində Ağstafa rayon Dağkəsəmən kənd sakini, 1984-cü il təvəllüdlü Rauf Fikrət oğlu Niyazovu ov tüfəngilə güllələyərək onu ağır yaralayıb. Daha sonra onu köməksiz vəziyyətdə qoyaraq hadisə yerindən qaçıb. Bir müddətdən sonra isə polis tərəfindən saxlanılaraq istintaqa cəlb olunub.
Türkiyənin illərini alan təhlükə: Din adı altında qurulan nüfuz
Dindən danışmaq asandır, bəs əməllər? – Söz başqa, reallıq başqa
Prezidentin hesablarında Vətən müharibəsi ilə bağlı video paylaşılıb - VİDEO
Vasif Talıbov da YAP-ın Veteranlar Şurasından uzaqlaşdırıldı
Azərbaycana qarşı hibrid hücumların məqsədi nədir? – POLİTOLOQ
Qarabağ və Şərqi Zəngəzura ayrılan 13,2 milyard vəsait hansı istiqamətlərdə xərclənəcək? - AÇIQLAMA
Elektrikli avtomobillər 4 dəqiqəyə şarj olunur: Ən sürətli modellər AÇIQLANDI
Dayanacaq ciblərində asfalt niyə sıradan çıxır? – ARAŞDIRMA
Bu yollarda tıxac var - SİYAHI
Prezident İlham Əliyev AQEM-in Zirvə Görüşündən paylaşım edib - VİDEO
Qanunda dəyişiklik; erkən evliliklə bağlı qaydalar sərtləşdirilməlidir? – SORĞU – VİDEO












