Hər bir üzvə 1 milyon dollar - Rekord məbləğ

Rusiyada keçiriləcək futbol üzrə dünya çempionatının qalibi olacağı təqdirdə, Braziliya milli komandasının hər bir üzvü 1 milyon dollar mükafat alacaq. "Report"un "Folha de S.Paulo" qəzetinə istinadən verdiyi məlumata görə, mükafatı Braziliya Futbol Konfederasiyası (CBF) təyin edib. Rekord məbləğə oyunçularla yanaşı, yığmanın məşqçilər heyəti də yiyələnəcək. Braziliya millisinin futbolçuları 2002-ci il dünya çempionatını qızıl medalla başa vurduqları üçün 200 min dollar, 1994-cü il mundialının qalibi olmaları qarşılığında 80 min dollar qazanıblar. CBF Braziliyada keçirilmiş DÇ-2014 üçün 35 milyon dollar ayırıb. Lakin "pentakampeonlar" yarımfinalda Almaniyaya 1:7, 3-cü yer uğrunda görüşdə isə Hollandiyaya 0:3 hesabı ilə uduzaraq, medalsız qalıblar. Qeyd edək ki, qarşıdakı dünya çempionatı 14 iyun - 15 iyulda Rusiyanın 11 şəhərindəki 12 stadionda keçiriləcək. Braziliya millisi İsveçrə (17 iyun, Rostov), Kosta-Rika (22 iyun, Sankt-Peterburq) və Serbiya (27 iyun, Moskva, "Spartak" stadionu) ilə birgə E qrupunda mübarizə aparacaq.
Dövlət və özəl sektorda iş saatları dəyişdirilə bilər? – Deputatdan TƏKLİF
Bakıda AQEM-in 7-ci Zirvə Toplantısı keçirilir - FOTOLAR - YENİLƏNİB
Bakıda keçiriləcək sammitdə hansı məsələlər müzakirə olunacaq? – POLİTOLOQ
Bakı Funikulyoru ictimai nəqliyyat sisteminə qoşulsun – Ekpertdən TƏKLİF
150 manat cərimə oluna bilərsiniz - Sürücülərin diqqətinə!
Türkiyədə “ərəbləşmə” və “mollalaşma” müzakirələri – Azərbaycan məsələsi niyə gündəmdədir?
İlham Əliyevin ilk dəfə Prezident seçilməsindən 23 il ötür - VİDEO
Bu yollarda tıxac var - SİYAHI
İlham Əliyevin adından AQEM iştirakçılarının şərəfinə şam yeməyi verilib - FOTO
İlham Əliyev Tacikistan Prezidenti ilə görüşüb
Azərbaycanda cinsi əlaqə yaşı ilə bağlı qanunda dəyişikliyə ehtiyac var? - RƏY












