Hər kəs Bakıda çəkilən bu görüntülərdən danışır: 5000 manat cəriməsi var — VİDEO

Bakıda fəaliyyət göstərən restoranlardan birində çəkilən kadrlar geniş müzakirələrə səbəb olub. Belə ki, azyaşlı qızın səhnəyə çıxaraq kişi müğənni ilə birgə mahnı ifa etməsi və rəqs etməsi, xüsusilə də onun geyim seçimi birmənalı qarşılanmayıb. İstifadəçilər uşağın səhnə performansından çox, yaşına uyğun hesab edilməyən geyiminin etik və psixoloji tərəflərini müzakirə edir, azyaşlıların ictimai məkanlarda iştirakı və onların qorunması məsələsini gündəmə gətirirlər. Hadisə cəmiyyətdə valideyn məsuliyyəti, obyekt sahiblərinin rolu və ümumilikdə azyaşlıların maraqlarının necə qorunmalı olduğu ilə bağlı suallar doğurub.
Avtosfer.az-ın məlumatına görə, uşaq hüquqları üzrə müdafiəçi Aynurə Bəhrəm Demokrat.az-a açıqlamasında deyib ki, azyaşlı bir uşağın ictimai məkanda, kommersiya məqsədli bir səhnədə çıxış etməsi ilk növbədə onun maraqları prizmasından qiymətləndirilməlidir:
“Burada əsas sual budur ki, bu, uşağın inkişafına xidmət edirmi, yoxsa böyüklərin maraqlarına? BMT-nin Uşaq Hüquqları Konvensiyasına görə, uşağın ali mənafeyi bütün qərarlarda əsas götürülməlidir. Əgər uşağın geyimi və səhnə davranışı onun yaşına uyğun deyilsə və ictimai müzakirəyə səbəb olacaq formadadırsa, bu artıq qəbuledilməzdir. Uşaq hələ formalaşma mərhələsindədir və onun ictimai rəyə açıq şəkildə təqdim olunması doğru deyil. Valideyn məsuliyyəti burada xüsusi vurğulanmalıdır. Valideyn övladının istedadını dəstəkləyə bilər, amma onu diqqət və reytinq naminə uyğun olmayan mühitə çıxarmaq doğru deyil. Uşaq öz seçimlərini tam şüurlu şəkildə formalaşdıra biləcək yaşda deyil və qərar verən tərəf böyüklərdir”.
O bildirib ki, obyekt sahiblərinin və təşkilatçıların da məsuliyyəti var:
“Kommersiya maraqları uşağın təhlükəsizliyindən və mənəvi rifahından üstün tutula bilməz. Restoran və ya səhnə rəhbərliyi azyaşlıların iştirakı ilə bağlı daxili qaydalar müəyyənləşdirməli və etik çərçivəni qorumağa borcludur. Cəmiyyət olaraq biz tez-tez hadisəni sensasiya prizmasından müzakirə edirik, amma sistemli yanaşma tələb olunur. Uşaqların səhnə fəaliyyəti ilə bağlı aydın hüquqi mexanizmlər, psixoloji qiymətləndirmə və nəzarət mexanizmi olmalıdır. Əks halda bu kimi hallar təkrarlanacaq və hər dəfə eyni mübahisəni yaşayacağıq. Unutmamalıyıq ki, uşaq ilk növbədə uşaqdır tamaşa elementi deyil. Onun ləyaqəti, təhlükəsizliyi və psixoloji sağlamlığı istənilən ictimai maraqdan daha üstündür. Azərbaycanda uşağın hüquqlarının pozulmasına görə valideynlər və obyekt sahibləri İnzibati Xətalar Məcəlləsinə əsasən cərimə oluna bilər. Məsələn, uşaqları qanunla qadağan olunmuş və ya zərərli fəaliyyətlərə cəlb etmə hallarına görə fərdi şəxslər üçün təxminən 1 000 - 5 000 manatadək cərimə tətbiq oluna bilər və hüquqi şəxslər (obyekt) üçün daha yüksək cərimələr nəzərdə tutulub”.
“Lukoyl”da məhdudiyyət - Voloqdada maksimum 30 litr benzin almaq olur
İlham Əliyev dövlət qulluqçularını təltif edib - SİYAHI
Çimərliklərdə görünməyən ölüm tələsi - Bu məqamlara DİQQƏT EDİN!
Rusiya-Ukrayna müharibəsində cəbhələr niyə dəyişib? - AÇIQLAMA
Yumurtanın 1 qəpiyə satılmasının arxasında hansı strategiya dayanır? - İQTİSADÇI
Azərbaycanda elektrikli nəqliyyatın dönüşü; bir əsrlik tarix yenidən canlanır – EKSPERT
Paytaxtın hansı küçələrində sıxlıq müşahidə olunur? - FOTO
Bu ərazidə yaşayanların DİQQƏTİNƏ! - İki marşrutun hərəkət istiqaməti müvəqqəti dəyişdirilir
Bakıda avtobus sürücülərinin özbaşınalığı CAN ALIR
Ramanada qadını vurub öldürən avtobus sürücüsünün kimliyi BİLİNDİ - VİDEO
Qatarlarda hələ də havalandırma işləmir? – Metropolitendən AÇIQLAMA










