"Hər yerindən duran gəlib, SV-yə bilet alırdı" deyən məmur barəsində AÇIQLAMA

"SV vaqonlarda qiymət artımına ehtiyac var idi. Çünki SV-də yer tapmaq olmurdu. Hər gələn, hər yerindən duran gəlib SV-yə bilet alırdı”. "Azərbaycan Dəmir Yolları” QSC-nin Sərnişindaşımaları Departamentinin rəis müavini Mədət Şıxəmirovun bu açıqlaması sosial şəbəkələrdə geniş müzakirə mövzusuna çevilib. Əksəriyyət qurum rəsmisinin "SV-də yalnız imkanlılar getməlidir” fikrini aztəminatlı vətəndaşlara həqarət kimi qiymətləndirib. M.Şıxəmirov fikirlərinə davam edərək bildirib ki, qiymət artımından qabaq SV ilə o biri vaqonlar arasında çox cüzi qiymət fərqi olub: "O fərqi aradan qaldırmaq üçün qiymət qaldırılıb. SV-yə əsasən imkanlı şəxslər bilet alır".
M.Şıxəmirov kupe və plaskartların qiymətinin artmasına səbəb kimi isə yuxarı və aşağı yerlərin qiymətinin eyni olduğuna görə sərnişinlərin yalnız aşağı yer almasını göstərib:"Aşağı yerlər alınır, tam qurtarandan sonra digər vətəndaşlar gəlib yuxarı yerləri almağa məcbur olur. Ailə ilə gələn adam 4 yer almalıdır, məlum olur ki, 1 kupedə 4 yer yoxdur - 2 aşağı yer alınıb, 2 yuxarı yer qalıb. Biz aşağı yerin qiymətini qaldırmışıq ki, vətəndaşlar aşağı yer baha olduğuna görə ona üstünlük verməsinlər”.
Bunun Avropa, MDB praktikasında, xüsusilə də Rusiyada uzun illərdən bəri təsdiq olunan bir metod olduğunu söyləyən rəis müavini əvvəlki qiymətə nisbətən plaskartda təxminən 1 manat 50 qəpik, kupe vaqonlarda isə 2 manat fərq yarandığını bildirib. Avtosfer.az xəbər verir ki, bu barədə "Azərbaycan Dəmir Yolları” QSC-nin mətbuat xidmətinin rəhbəri Sevinc Qədirova Modern.az-a bildirib ki, Mədət Şıxəmirov sadəcə fikrini düzgün ifadə etməyib: "Məsələ sədrimiz Cavid Qurbanovun da diqqətindədir. Yaxın günlərdə daha geniş açıqlama veriləcək”.
Qeyd edək ki, bu gündən-iyulun 27-dən ölkədaxili sürət və sərnişin qatarlarında gediş haqları orta hesabla, 10% artırılır.
Vladimir Putin Birinci vitse-prezident Mehriban Əliyevanı təbrik edib
“Ramiz Mehdiyevin kürəkəni ilə razılaşmasaq, həbsə gedəcəyimizi demişdi” - İDDİA
Paytaxtın bəzi küçələrində sıxlıq müşahidə olunur - FOTO - YENİLƏNİB
Azərbaycanda logistika sahəsində xidmətlərin həcmi necə böyüyüb? - İQTİSADÇI
Bakının illərdir sağalmayan yarası olan tıxac niyə yaranır? – MÜTƏXƏSSİS
Metronun çıxışındakı bərbad səki təhlükə yaradır – ŞİKAYƏT – VİDEO
İlham Əliyevin Özbəkistana dövlət səfəri ilə bağlı VİDEOİCMAL
Sumqayıtda 2022-ci ildə sökülən yol hələ də təmir edilməyib - VİDEO
Leyla Əliyeva ilk Buxara Biennalesinin əsərləri ilə tanış olub - FOTO
Prezident İlham Əliyevin Özbəkistana dövlət səfəri başa çatıb - FOTO
İlham Əliyevin Daşkənd səfəri Azərbaycana nələr qazandıracaq? - İQTİSADÇI










