Hərbçini öldürməkdə ittiham olunan şəxsə hökm oxunub

Ermənistanın Gümrü şəhərində Rusiya hərbi bazasının hərbçisi Dimitri Yalpayevi qətlə yetirməkdə təqsirli bilinən Arman Cancügəzyan 22 il həbs cəzasına məhkum edilib. Avtosfer.az “Report”a istinadən xəbər verir ki, bu barədə Şirak Vilayət Ümumi Məhkəməsi qərar çıxarıb. Bildirilir ki, A.Cancügəzyan İŞİD tərəfdarları kimi özlərini təqdim edən naməlum şəxslərin yardımı ilə rusiyalı hərbçini bir neçə bıçaq xəsarəti ilə öldürüb. Məhkəmə onu adam öldürməyə görə 20 il, qanunsuz soyuq silah gəzdirməyə görə 2 il azadlıqdan məhrum edib. Xatırladaq ki, Gümrüdə MDB birləşmiş hava müdafiə sistemi çərçivəsində fəaliyyət göstərən Rusiyanın 102 nömrəli hərbi bazasının fəaliyyət müddəti iki ölkə arasında 20 avqust 2010-cu il tarixli sazişlə 2044-cü ilədək uzadılıb.
Türkiyənin illərini alan təhlükə: Din adı altında qurulan nüfuz
Dindən danışmaq asandır, bəs əməllər? – Söz başqa, reallıq başqa
Prezidentin hesablarında Vətən müharibəsi ilə bağlı video paylaşılıb - VİDEO
Vasif Talıbov da YAP-ın Veteranlar Şurasından uzaqlaşdırıldı
Azərbaycana qarşı hibrid hücumların məqsədi nədir? – POLİTOLOQ
Qarabağ və Şərqi Zəngəzura ayrılan 13,2 milyard vəsait hansı istiqamətlərdə xərclənəcək? - AÇIQLAMA
Elektrikli avtomobillər 4 dəqiqəyə şarj olunur: Ən sürətli modellər AÇIQLANDI
Dayanacaq ciblərində asfalt niyə sıradan çıxır? – ARAŞDIRMA
Bu yollarda tıxac var - SİYAHI
Prezident İlham Əliyev AQEM-in Zirvə Görüşündən paylaşım edib - VİDEO
Qanunda dəyişiklik; erkən evliliklə bağlı qaydalar sərtləşdirilməlidir? – SORĞU – VİDEO












