“Hərə deyir ki, mən qalibəm” - Prezident

“Müstəqillik 1991-ci ildə bərpa edildi, amma yenə də təhlükə altında idi. Dediyim kimi, erməni işğalı, daxildəki hərc-mərclik, qarşıdurma, vətəndaş müharibəsi, hakimiyyət uğrunda mübarizə faktiki olaraq ölkəmizi məhvə aparırdı. Əgər o vaxt Ulu Öndər Heydər Əliyev hakimiyyətə gəlməsəydi, indi xalqımızın, dövlətimizin taleyi necə olacaqdı, onu demək çətindir”.
Avtosfer.az xəbər verir ki, bu fikirləri Prezident İlham Əliyev Şuşanın Böyük Qaladərəsi kəndində sakinlərlə görüşündə deyib.
“Hər halda o vaxt Azərbaycan böyük fəlakətlə üz-üzə idi. O vaxt müharibə dayandırıldı, inkişafa qədəm qoyuldu, güc toplanıldı. Mənim dövrümdə biz hər gün azadlıq gününü arzulayırdıq və hər gün onu yaxınlaşdırırdıq. Siz də, bu ərazilərdə yaşamış insanlar da yaxşı bilirsiniz, nə qədər çətin relyefdir həm buralar, həm də Laçın, Kəlbəcər, Füzuli, Cəbrayıl, orada yeddi müdafiə xətti, minalar var idi. Bizim qəhrəman övladlarımız sinələrini qabağa verərək, özlərini qurban verərək o xətləri yardılar və cəmi 44 gün ərzində biz Ermənistanı kapitulyasiya aktına imza atmağa məcbur etdik.
Nə ondan qabaq, nə də ondan sonra bu dərəcədə mütləq Qələbə olmamışdır. İndi hər şey göz qabağındadır. Müharibələr yan-yörəmizi əhatə edib: istər Şimalda, istər Cənubda, istər başqa yerlərdə. Yəni bu müharibələrin sonu olacaqmı? Heç kim bilmir. Nə ilə nəticələnəcək? Heç kim bilmir. Bu müharibələrin qalibi kimdir? Onu da demək çətindir, hərə deyir ki, mən qalibəm”, - dövlət başçısı əlavə edib.
"Orta Dəhlizi və Şimal-Cənub Dəhlizini çox cəlbedici etdik" - İlham Əliyev
Avtobusda ödənişlə bağlı yenilik: iki bölgədə dəyişdi – növbə Bakıdadır…
Pul köçürmələrindəki yeni qaydalar kimlərə təsir edəcək? - İQTİSADÇI
"Bütün silahları pulla almışıq, özü də dünya qiymətinə - son gülləyə qədər" - Azərbaycan Prezidenti
Bu yollarda tıxac var - SİYAHI - YENİLƏNİB
Prezident YAP-ın VIII Qurultayı ilə bağlı paylaşım edib – VİDEO
Texniki baxışla bağlı SÜRÜCÜLƏRƏ VACİB XƏBƏR: Həmin 20 günü...
Oktyabrın 5-dən Bakının mərkəzində bu yol tam bağlanır – Sürücülərin DİQQƏTİNƏ - VİDEO
"Manatlıq taksi"lərin alternativləri yaradılacaq - AÇIQLAMA
Sürücülərin NƏZƏRİNƏ! - Bakının bu istiqamətlərində tıxac var - SİYAHI
Ermənistan Aİ-yə üzvlüyə hazırlaşır? – Politoloq AÇIQLADI












