Hərəkətə mane olan qanunsuz parklanmalar ləğv ediləcək - Bakıda

Bakı Nəqliyyat Agentliyi paytaxtda tıxacların aradan qaldırılması üçün kompleks tədbirlərə başlayacaq. Trend-in məlumatına görə, bu barədə jurnalistlərə açıqlamasında Bakı Nəqliyyat Agentliyinin mətbuat xidmətinin rəhbəri Mais Ağayev məlumat verib. Qurum rəsmisi bildirib ki, bununla bağlı agentlik mütəxəssisləri Bakıda 16 kəsişməsi olan 11 arterial avtomobil yolunda təhlillər aparıb: "Həmin yollar kifayət qədər geniş olsa da, burada avtomobillərin düzgün parklanmaması tıxaclara səbəb olur. Paytaxtda qanunsuz parklanmalar aparılır ki, hansı ki, həmin parklanma edilən zolaqlarla avtomobillər rahat hərəkət edə bilər. Qanunsuz parklanmalar avtomobillərin normal hərəkətinə mane olur və nəticədə tıxaclar yaranır". M.Ağayev bildirib ki, bununla bağlı yaxın vaxtlarda lazımi tədbirlər görüləcək.
Dövlət və özəl sektorda iş saatları dəyişdirilə bilər? – Deputatdan TƏKLİF
Bakıda AQEM-in 7-ci Zirvə Toplantısı keçirilir - FOTOLAR - YENİLƏNİB
Bakıda keçiriləcək sammitdə hansı məsələlər müzakirə olunacaq? – POLİTOLOQ
Bakı Funikulyoru ictimai nəqliyyat sisteminə qoşulsun – Ekpertdən TƏKLİF
150 manat cərimə oluna bilərsiniz - Sürücülərin diqqətinə!
Türkiyədə “ərəbləşmə” və “mollalaşma” müzakirələri – Azərbaycan məsələsi niyə gündəmdədir?
İlham Əliyevin ilk dəfə Prezident seçilməsindən 23 il ötür - VİDEO
Bu yollarda tıxac var - SİYAHI
İlham Əliyevin adından AQEM iştirakçılarının şərəfinə şam yeməyi verilib - FOTO
İlham Əliyev Tacikistan Prezidenti ilə görüşüb
Azərbaycanda cinsi əlaqə yaşı ilə bağlı qanunda dəyişikliyə ehtiyac var? - RƏY












