Heroin alverçiləri saxlanılıb - Gürcüstan-Azərbaycan sərhədində

Gürcüstanda son 6 ay ərzində 72 narkotik alverçisi saxlanılıb. APA-nın yerli bürosunun məlumatına görə, bu barədə Gürcüstan Daxili İşlər Nazirliyinin nümayəndəsi Mamuka Çelidze keçirdiyi brifinqdə bildirib. O deyib ki, saxlanılan şəxslərin 4-ü İran vətəndaşıdır. Onlardan biri Marneuli rayonunda yaxalanıb və üzərində axtarış zamanı 282 bağlamada 800 qram heroin aşkar olunub.
Digər İran vətəndaşının Tbilisidə qaldığı hotel nömrəsində axtarış zamanı 1 kiloqram çəkidə tiryək müsadirə olunub. Daha 2 İran vətəndaşı isə Gürcüstan-Azərbaycan sərhədində yerləşən “Sınıq körpü” sərhəd-keçid məntəqəsi ərazisində saxlanılıb. Onların üzərində axtarış zamanı 193 bağlamada 900 qram heroin aşkar olunub.
Saxlanılan İran vətəndaşlarını 8 ildən 20 ilədək və ya ömürlük həbs cəzası gözləyir. Gürcüstanda son 6 ay ərzində narkotiklərin qanunsuz dövriyyəsinə qarşı mübarizə çərçivəsində 13 kiloqram heroin, 7 min “subuteks” və “suboksin” həbləri, 1 kiloqram 300 qram kokain və digər psixotrop tərkibli narkotik vasitələr müsadirə olunub.
Vladimir Putin Birinci vitse-prezident Mehriban Əliyevanı təbrik edib
“Ramiz Mehdiyevin kürəkəni ilə razılaşmasaq, həbsə gedəcəyimizi demişdi” - İDDİA
Paytaxtın bəzi küçələrində sıxlıq müşahidə olunur - FOTO - YENİLƏNİB
Azərbaycanda logistika sahəsində xidmətlərin həcmi necə böyüyüb? - İQTİSADÇI
Bakının illərdir sağalmayan yarası olan tıxac niyə yaranır? – MÜTƏXƏSSİS
Metronun çıxışındakı bərbad səki təhlükə yaradır – ŞİKAYƏT – VİDEO
İlham Əliyevin Özbəkistana dövlət səfəri ilə bağlı VİDEOİCMAL
Sumqayıtda 2022-ci ildə sökülən yol hələ də təmir edilməyib - VİDEO
Leyla Əliyeva ilk Buxara Biennalesinin əsərləri ilə tanış olub - FOTO
Prezident İlham Əliyevin Özbəkistana dövlət səfəri başa çatıb - FOTO
İlham Əliyevin Daşkənd səfəri Azərbaycana nələr qazandıracaq? - İQTİSADÇI










