Heroinə 4 manatı çatmadı, telefonu girov qoydu

Bakı Ağır Cinayətlər Məhkəməsində narkotik satışında təqsirləndirilən Şəms Səmədovanın məhkəməsi keçirilib. Avtosfer.az-ın “qafqazinfo”ya istinadən verdiyi xəbərə görə, hakim Ramella Allahverdiyevanın icraatında olan prosesdə şahidlər dindirilib.
Mirzə Səfərov ifadəsində Ş.Səmədovanın qonşusu olduğunu deyib: “Şəmsdən 10 manat borc almışdım, qaytara bilmədim. Əvəzində telefonumu ona girov verdim. Şəmsin narkotik satdığından xəbərim olmayıb”. Lakin onun istintaqa tamamilə fərqli ifadə verdiyi üzə çıxıb. O, müstəntiqə ifadəsində deyib ki, Şəmsdən bükümü 10 manata heroin alırmış və sonuncu dəfə alanda cibində cəmi 6 manat olduğu üçün qonşusu ona mal satmaqdan imtina edib. Mirzə də qalan 4 manatın əvəzində ona telefonunu girov qoyaraq heroini alıb. Ş.Səmədovanın evində axtarış zamanı M.Səfərovun telefonu aşkar edilib. Proses dekabrın 19-da davam etdiriləcək.
Nəsimi Rayon Polis İdarəsinin əməkdaşları keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində üç uşaq anası olan Şəms Səmədova həbs edilib. Əməliyyat zamanı S.Səmədovanın bacısı 32 yaşlı Lamiyə Quliyeva da saxlanılıb.
Külli miqdarda narkotik vasitələr və psixotrop maddələrlə saxlanılmış bacılar-1986-cı il təvəllüdlü Quliyeva Lamiyə Nizam qızı və 1983-cü il təvəllüdlü Səmədova Şəms Nizam qızına qarşı qaldırılmış cinayət işinin araşdırılması zamanı maraqlı detallar üzə çıxıb. Bacılar marixuana, heroin, “kokos” (kokain), metamfetamin, “spays” qarışığı və digər narkotik vasitələrin ticarəti ilə məşğul olublar.
Ş.Səmədovanın atası “Damdayatan Nizam” ləqəbi ilə tanınan Nizam Quliyev və nənəsi Məsmə Quliyeva da “Kubinka” adlanan ərazidə vaxtilə narkotik ticarəti ilə məşğul olublar.
Bakıda piyadaların təhlükəsizliyi üçün hansı dəyişikliklərə ehtiyac var? – DEPUTAT
Bakıxanovda nəqliyyat qovşağı və yeni iş yerləri yaradıla bilər? - TƏKLİF
Binədə Şəhidlər küçəsinin bərbad vəziyyət: Natəmizlik və yol problemi - VİDEO
Bu yollarda tıxac var - SİYAHI
İlham Əliyev: “Sülh hələ də kövrəkdir” - VİDEO
Xırdalanın nəqliyyat sistemində yenilik; nələr dəyişəcək? – AÇIQLAMA
Övladı doğulduğu üçün maşınını bəzəyənlər 500 manat CƏRİMƏLƏNİR? - RƏSMİ CAVAB
ABŞ-nin İranla bağlı planı; sanksiyalar və hərbi müdaxilə? – POLİTOLOQ
Mərkəzi Asiyada yeni güc savaşı: Çin və Hindistanın planı nədir?
Bakıda piyada gəzmək niyə çətinləşir? – Şəhərin əsas problemi
Azərbaycandan Aİ-92 ilə bağlı TƏCİLİ QƏRAR












