Həştərxan logistika mərkəzi Azərbaycandan ilk yükü qəbul edəcək

Azərbaycan, İran, və Türkiyədən Rusiyaya meyvə-tərəvəz tədarük edəcək Həştərxan logistika mərkəzi bu ilin sonuna qədər ilk məhsulu qəbul edəcək. Avtosfer.az “Report”a istinadən xəbər verir ki, bu barədə Həştərxan vilayətinin beynəlxalq və xarici iqtisadi əlaqələr naziri vəzifəsini icra edən Denis Afanasyev məlumat verib. “Azərbaycanın “KDY Logistics” şirkəti layihənin hazırlıq mərhələsini, demək olar ki, sona çatdırıb. Biz ümid edirik ki, bu ilin sonuna qədər dəmir yolu ilə ilk məhsul daxil olacaq. 2019-cu il ərzində şəbəkə ilə 1 mln. ton məhsul daşınması planlaşdırılır”, - deyə o qeyd edib. Bundan başqa, vilayət rəsmisinin sözlərinə görə, hazırda Türkiyə, İran və Azərbaycandan Rusiyaya meyvə-tərəvəz, əsasən, dəniz yolu ilə tədarük olunur. Nəticədə məhsullar nəm çəkdiyi üçün keyfiyyətini itirir. Xüsusi dəmiryolu nəqliyyatı ilə məhsulların daşınması bu problemi aradan qaldıracaq. Layihənin reallaşması regionda, təxminən, 3 min yeni iş yerinin açılmasına imkan verəcək. Logistika mərkəzi Kutum stansiyasında 50 hektar sahədə yaradılır. Şəbəkə məhsulların daşınmasına çəkilən xərclərin və çatdırlıma müddətinin azaldılmasına şərait yaradacaq.
Xatırladaq ki, Azərbaycan Həştərxan vilayəti ilə 2009-cu ildən fəal əməkdaşlıq edir. 2017-ci ildə tərəflər arasında ticarət dövriyyəsinin dəyəri 16 mln. ABŞ dolları təşkil edib ki, bu da 2016-cı illə müqayisədə 4,3 dəfə çoxdur.
Bu markada nasazlıq aşkarlandı; yüzlərlə avtomobil geri çağırılır
Çuxurlarla dolu yollar Lökbatan sakinlərini cana yığıb - VİDEO
Ölkəyə avtomobil gətirənlərin nəzərinə; gömrükdə nələrlə qarşılaşacaqsınız? - VİDEO
Sürücülərin NƏZƏRİNƏ! - Bu yollarda tıxac var - FOTO - YENİLƏNİB
Sudan istifadəyə görə kimlər ödəniş edəcək? – RƏSMİ AÇIQLAMA
Biləcəridə qazılan yol sürücülər üçün təhlükə yaratmağa davam edir - VİDEO
G7 sammitinin əsas gündəmi hansı mövzu oldu? - Politoloq AÇIQLADI
ABB-nin SMS xidməti müştərilərə xəbərdarlıq edilmədən bahalaşıb? - RƏSMİ AÇIQLAMA
“Kinolardakı driftləri təkrarlamaq istəyirlər” - 16 yaşlılara hansı halda icazə var? - FOTO - VİDEO
“Gənclik Mall”un şüşələrini təmizləyənlərə dəbilqə verilmir? - VİDEO
TƏBİB-dən qızı qəzada ölən vəkilin iddiaları ilə bağlı AÇIQLAMA










