Həyat yoldaşını qısqanclıq zəminində öldürən şəxs: "Ondan şübhələnirdim"

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində qətl törətməkdə təqsirləndirilən Rasim Çərtikovun cinayət işi üzrə məhkəmə iclası davam etdirilib. "Report"un xəbərinə görə, hakim Mayıl Bayramovun sədrliyi ilə keçirilən prosesdə dövlət ittihamçısı ittiham aktını elan edib. Elan olunmuş ittiham üzrə R.Çərtikov özünü qismən təqsirli bildiyini deyib. O deyib ki, 33 illik həyat yoldaşını qısqanclıq zəminində öldürüb: "Arvadım Arifə öz istəyi ilə dayəlik işinə başladı. İki ay özüm onu işə aparırdım. Razı deyildim onun çalışmağına. Sonra Arifə gecə növbəsində çalışmaq istədi. Aramızda mübahisə düşdü, küsüb atası evinə getdi. Onun iş yerinə də getdim ki, Arifənin işinə xitam verilsin. Yaxın adamla qaynanamgilə gedib, onu evə gətirdim. Arifə razılaşdıq ki, ancaq gündüz növbəsində işləyəcək. Əvvəl bu qayda çalışdı, sonra fikrini dəyişdi. Arifə işlə bağlı Türkiyəyə getdi, bunu da məndən gizlətdilər. İçimdə şübhələr oyanırdı. Evi satıb, Rusiyaya getmək barədə ona dedim. Razılşadı ki, ancaq yuxarı mərtəbəni sataq. Evi satandan sonra onu işdən gecə götürdüm. Rusiyaya getmək istəmədiyini bildirdi".
Təqsirləndirilən şəxs deyib ki, onu öldürmək niyyəti olmayıb: "Mənə "səndən bir kişi kimi həzz almıram" deyib "öldürsən də işdən çıxıb Rusiyaya getməyəcəm" söylədi. Mən də onu öldürdüm".
Qeyd edək ki, hadisə bu il Binəqədi rayonunda baş verib. R.Çərtikov həyat yoldaşı Arifə Çərtikovanı qətlə yetirib.
Dövlət və özəl sektorda iş saatları dəyişdirilə bilər? – Deputatdan TƏKLİF
Bakıda AQEM-in 7-ci Zirvə Toplantısı keçirilir - FOTOLAR - YENİLƏNİB
Bakıda keçiriləcək sammitdə hansı məsələlər müzakirə olunacaq? – POLİTOLOQ
Bakı Funikulyoru ictimai nəqliyyat sisteminə qoşulsun – Ekpertdən TƏKLİF
150 manat cərimə oluna bilərsiniz - Sürücülərin diqqətinə!
Türkiyədə “ərəbləşmə” və “mollalaşma” müzakirələri – Azərbaycan məsələsi niyə gündəmdədir?
İlham Əliyevin ilk dəfə Prezident seçilməsindən 23 il ötür - VİDEO
Bu yollarda tıxac var - SİYAHI
İlham Əliyevin adından AQEM iştirakçılarının şərəfinə şam yeməyi verilib - FOTO
İlham Əliyev Tacikistan Prezidenti ilə görüşüb
Azərbaycanda cinsi əlaqə yaşı ilə bağlı qanunda dəyişikliyə ehtiyac var? - RƏY












