"Həyat yoldaşınla biryerdəyəm": Xəyanət etdiyi arvadını başından vurdu – VİDEO

İstanbulda yaşayan Birsen Ş. aldadıldığını, ərinin ona xəyanət etdiyi qadından gələn telefon zəngi ilə öyrənib. Avtosfer.az milli.az-a istinadən xəbər verir ki, xəyanət etirafı cinayətlə bitib. Bir şirkətdə çalışan iki uşaq anası Birsen Ş.-ya (37) gələn telefon zəngi zamanı S. adlı qadın "Ərin Ayhanla biryerdəyəm, sevirəm onu. Hər şeyi bilməyin lazımdır" deyib. Birsen Ş. eşitdiklərinə inanmaq istəməyərək telefonu söndürüb. Ertəsi gün həmin qadın yenidən zəng edib və görüşmək istədiyini deyib. İki qadın Bayrampaşada görüşüb. S. bu dəfə "Ayhanla 5 ay bərabər idim. Birbirimizi sevirdik, amma ayrıldıq. Bir qadın olaraq vicdanım sızladı. Səni bu gün mənimlə aldatdı, sabah hər kəslə aldada bilər. Bu olanları bilməyin lazımdır" deyib. Eşitdikləri qarşısında dünyası başına yıxılan və ərinin xəyanət görüntülərini də izləyən Birsen Ş. olanları ərindən soruşuncə mübahisə düşüb. "Bunu qaldıra bilmərəm" deyən qadın məhkəməyə müraciət edərək əri Ayhan Ş.-ya (40) boşanma davası açıb. Sonra da ər evini tərk edib, bacısının yanına köçüb. Ayhan Ş. arvadına "Məni tərk etsən, səni yaşatmaram" təhdidləri etməyə başlayıb. O, həftənin 1-ci günü arvadı işdən çıxıb bacısının evinə gedərkən onu başından vurub. Xəstəxanaya çatdırılan qadının həyatını xilas etmək mümkün olmayıb. Hadisə yerindən qaçan Ayhan Ş. eyni silahla özünü başından vurub. Qeyd edək ki, cütlüyün iki uşağı var idi.
Prezidentin hesablarında Vətən müharibəsi ilə bağlı video paylaşılıb - VİDEO
Vasif Talıbov da YAP-ın Veteranlar Şurasından uzaqlaşdırıldı
Azərbaycana qarşı hibrid hücumların məqsədi nədir? – POLİTOLOQ
Qarabağ və Şərqi Zəngəzura ayrılan 13,2 milyard vəsait hansı istiqamətlərdə xərclənəcək? - AÇIQLAMA
Elektrikli avtomobillər 4 dəqiqəyə şarj olunur: Ən sürətli modellər AÇIQLANDI
Dayanacaq ciblərində asfalt niyə sıradan çıxır? – ARAŞDIRMA
Bu yollarda tıxac var - SİYAHI
Prezident İlham Əliyev AQEM-in Zirvə Görüşündən paylaşım edib - VİDEO
Qanunda dəyişiklik; erkən evliliklə bağlı qaydalar sərtləşdirilməlidir? – SORĞU – VİDEO
Özbəkistanda maraqlı qayda: Erkən nikahla bağlı məlumat ver, pul qazan
Yasamalda səkilər niyə genişləndirilmir? – RƏSMİ AÇIQLAMA












