Heydər Əliyev Beynəlxalq Aeroportu dünyanın "5 ulduz"lu 9 hava limanı siyahısındadır

Bakının Heydər Əliyev Beynəlxalq Aeroportu dünyanın "5 ulduz"lu 9 hava limanı siyahısındadır. Avtosfer.az “Report”a istinadən xəbər verir ki, bunu Böyük Britaniyanın müxtəlif aviaşirkətlər və aeroportlar tərəfindən göstərilən xidmətin keyfiyyətini öyrənmək üzrə ixtisaslaşan nüfuzlu özəl konsaltinq şirkəti "Skytrax" "5 ulduz"lu hava limanlarının reytinqi göstərir. Reytinqə Yaponiya, Honkonq, Sinqapur, Cənubi Koreya, Almaniya, Qətər, Çin və Azərbaycan aeroportları daxildir. Reytinqdə Heydər Əliyev Beynəlxalq Aeroportunun baza aviaşirkəti kimi "Azerbaijan Airlines" (AZAL) göstərilib. Hava limanının sərnişin axını 2017-ci ildə 4,1 milyon nəfər təşkil edib.
Siyahıda yer alan digər hava limanları isə bunlardır:
Haneda aeroportu (Tokio, Yaponiya. Baza aviaşirkəti "Japan Airlines" və "All Nippon Airways"dir, sərnişin axını 85,409 mln. nəfər).
Honkonq aeroportu (Honkonq. Baza aviaşirkəti: "Cathay Pacific", sərnişin axını 72,7 mln)
Çanqi aeroportu (Sinqapur. Baza aviaşirkəti: "Singapore Airlines", 6,2 mln. sərnişin)
İnçhon aeroportu (Seul, Cənubi Koreya. Baza aviaşirkəti: "Korean Air", "Asiana Airlines", 62,2 mln. sərnişin)
Frans-İozef Ştraus aeroportu (Münhen, Almaniya. Baza aviaşirkəti: "Lufthansa", 44,6 mln. sərnişin)
Hamad aeroportu (Doha, Qətər. Baza aviaşirkəti: "Qatar Airways", 35,3 mln. sərnişin)
Meilan aeroportu (Haikou, Çin. Baza aviaşirkəti: "Hainan Airlines", 22,6 mln. sərnişin)
Tübu aeroportu (Tokoname, Yaponiya. Baza aviaşirkəti: "Japan Airlines", 11,5 mln. sərnişin).
Prezidentin hesablarında Vətən müharibəsi ilə bağlı video paylaşılıb - VİDEO
Vasif Talıbov da YAP-ın Veteranlar Şurasından uzaqlaşdırıldı
Azərbaycana qarşı hibrid hücumların məqsədi nədir? – POLİTOLOQ
Qarabağ və Şərqi Zəngəzura ayrılan 13,2 milyard vəsait hansı istiqamətlərdə xərclənəcək? - AÇIQLAMA
Elektrikli avtomobillər 4 dəqiqəyə şarj olunur: Ən sürətli modellər AÇIQLANDI
Dayanacaq ciblərində asfalt niyə sıradan çıxır? – ARAŞDIRMA
Bu yollarda tıxac var - SİYAHI
Prezident İlham Əliyev AQEM-in Zirvə Görüşündən paylaşım edib - VİDEO
Qanunda dəyişiklik; erkən evliliklə bağlı qaydalar sərtləşdirilməlidir? – SORĞU – VİDEO
Özbəkistanda maraqlı qayda: Erkən nikahla bağlı məlumat ver, pul qazan
Yasamalda səkilər niyə genişləndirilmir? – RƏSMİ AÇIQLAMA



















