Heydər Əliyev Hava Limanı dünyanın ən yaxşı aeroportları arasında

Heydər Əliyev Beynəlxalq Hava Limanı "World Airport Awards-2018" reytinqi üzrə dünyanın bütün hava limanları arasında göstərilən xidmət səviyyəsinə görə siyahıda 65-ci yer tutub. Siyahıya 6-ci il ardıcıl olaraq Sinqapurun Çanqi Beynəlxalq Hava Limanı başçılıq edir. Trend-in məlumatına görə, eyni zamanda Heydər Əliyev Beynəlxalq Hava Limanı Rusiya və MDB ölkələrinin bütün hava limanları arasında ən yaxşı hava limanı seçilib. (Siyahı)
Bundan əlavə, Heydər Əliyev Beynəlxalq Hava Limanı hər il 5 milyona qədər sərnişinə xidmət göstərən hava limanları arasında 3-cü yerdə qərarlaşıb. Bu siyahıya London-Siti başçılıq edir. (Siyahı)
Hava limanlarının ən yaxşı terminalları üzrə reytinqdə isə Heydər Əliyev Beynəlxalq Hava Limanı 10-cu yerə layiq görülüb. (Siyahı)
Qeyd edək ki, reytinq 550 hava limanında 100-dən çox milliyətə mənsub 13,73 milyon sərnişinin sorğusu üzərində hazırlanıb. Sərnişinlər hava limanlarını 39 xüsusiyət üzrə qiymətləndirib.
İlham Əliyevin adından AQEM iştirakçılarının şərəfinə şam yeməyi verilib - FOTO
İlham Əliyev Tacikistan Prezidenti ilə görüşüb
Azərbaycanda cinsi əlaqə yaşı ilə bağlı qanunda dəyişikliyə ehtiyac var? - RƏY
İlham Əliyev Şavkat Mirziyoyevlə görüşüb - FOTO
Bank köçürmələrində yeni qaydalar: Komissiya artacaq? - AÇIQLAMA
"Bəzi peşələr yox olacaq, yeniləri yaranacaq" – İQTİSADÇI
“Niyə söhbət İrandan gedəndə susursunuz?!” - “Traktor” klubundan Türkiyəyə CAVAB
Texniki baxışdan keçməyə görə 20 gün müddət ləğv edilir? - AÇIQLAMA
Bakı metrosunda böyük dəyişiklik: Qatarlar daha tez gələcək?
Xəzərdə konteyner daşımalarının həcmi artacaq? – Ekspertdən AÇIQLAMA
Bu yollarda tıxac var - SİYAHI












