Heydər Əliyev prospektində təmir-tikinti işləri aparılır - VİDEOREPORTAJ

Avtonəqliyyat vasitələrinin rahat və maneəsiz şəkildə hərəkətini təmin etmək, paytaxt yollarında sıxlığın azaldılması istiqamətinə dövlət başçısının tövsiyyə və tapşırıqlarına əsasən, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən Heydər Əliyev prospektinin bir hissəsində təmir-tikinti işləri aparılır. Söhbət prospektin “Sabunçu yol qovşağı”ndan “Böyük Şor yol qovşağı”nadək olan hissəsindən gedir. Təmir-tikinti işləri aparılan ərazinin uzunluğu 2.1 km, eni isə ərazilərdən asılı olaraq 26-36 metr təşkil edir. Prospektin sözügedən hissəsində intensiv hərəkət nəticəsində asflat-beton örtyünün üst qatında aşınmalar meydana gəlib. Bu üzdən asfalt-beton örtüyünün aşınma qatının yenilənməsinə ehtiyac var idi. Təmir-tikinti işləri çərçivəsində yol boyu köhnə asfalt-beton örtüyünün üst qatı frezlənərək kənara daşınıb. Daha sonra asfaltlanma işlərinə start verilib. Bu çərçivədə yola 2 qat olmaqla yeni asfalt-beton örtüyü döşənir. Asfaltlanma işləri ümumilikdə 100 min kv.m-ə yaxın sahəni əhatə edəcək.
Qeyd edək ki, işlər “Sabunçu yol qovşağı”ndan şəhər mərkəzinə doğru olan istiqamətdə, 3 hərəkət zolağında aparılır. Bu üzdən həmin zolaqlarla hərəkət müvəqqəti məhdudlaşdırılıb. Hərəkət digər zolaqlara istiqamətləndirilib. Bir istiqamət üzrə aparılan təmir-tikinti işlər yekunlaşdırıldıqdan sonra, əks istiqamətdə anoloji işlərə start veriləcək.
Aparılan təmir-tikinti işləri çərçivəsində yol ayrıcının da yenidən qurulması istiqamətində addımlar atılır. Bu məqsədlə yol ayrıcında quraşdırılmış əyri-xətli dəmir tirlər və köhnə səki daşları sökülərək kənarlaşdırılıb. Yol ayrıcının kənarlarına 4200 paqon-metr yeni səki daşları düzülür, üstünə isə 6400 kv.m sahəyə isə tamet daşları döşənir.
Təmir-tikinti işləri tikinti norma və standartlarına uyğun şəkildə, texnoloji ardıcıllığa riayət edilməklə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin rəhbərliyinin birbaşa nəzarəti altında tərtib olunmuş qrafikə uyğun və yüksək keyfiyyətlə aparılır. Bunun üçün əraziyə lazımi sayda qüvvə cəlb olunub. İşlərin qısa müddət ərzində yekunlaşdırılması nəzərdə tutulur.
Prezident və xanımı sərgilərlə tanış oldu - FOTOLAR
Paytaxtın bu yollarında sıxlıq var - SİYAHI
Elektron xidmətlərin inkişafı dövlət idaarəçiliyini optimallaşdırır - İQTİSADÇI EKSPERT
Dünyada tüğyan edən yalan xəbər mühiti: Cəmiyyət niyə dezinformasiyaya inanır? – MÜTƏXƏSSİS RƏYİ
Bakı funikulyorunun 66 yaşı tamam olur - FOTOLAR
Meloninin Bakıya gəlməsi Azərbaycana nə qazandıracaq? - EKSPERT
Sürücülərin NƏZƏRİNƏ: Bakıda xüsusi zolaqlara daxil olanlar CƏRİMƏLƏNƏCƏKLƏR
Bu yolda sürücülər üçün ciddi təhlükə - Təkərlər cırılır – VİDEO
Prezident İlham Əliyevin İtaliya Baş naziri ilə geniş tərkibdə görüşü olub - FOTO
Bu körpənin valideynləri axtarılır - FOTO
SEPAH-dan Hörmüz boğazı ilə bağlı XƏBƏRDARLIQ: "Güc tətbiq ediləcək"




















