Həyəcan təbili: Buzlaqlar sürətlə əriyir, su qıtlığı yaranacaq

Azərbaycanda buzlaqlar tam əriyərsə, içməli su qıtlığı yaranacaq. Avtosfer.az xəbər verir ki, bunu oxu.az-a açıqlamasında Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Həsən Əliyev adına Coğrafiya İnstitutunun elmi işlər üzrə direktor müavini Məhərrəm Həsənov bildirib. Onun sözlərinə görə, Azərbaycan ərazisində buzlaqların öyrənilməsi ilk dəfə 1945-ci ildə həyata keçirilib: “O zaman ölçü işləri aparılarkən onun sahəsinin 6,8 km2 olduğu təsdiqlənib. Bu ilin yay ayında aparılan tədqiqatlar zamanı buzlaqların sahəsinin 2.4 km2 olduğu məlum olub. Qafqazda təxminən bir ildə buzlaqların sahəsi 0,44 faiz azalır. Azərbaycanda buzlaqlar daha çox əriyərsə, bunun fəsadları ortaya çıxacaq. Bu zaman çayların qidalanması çətin olacaq, su ehtiyatlarımız azalacaq. Buzlaqlar Böyük və Kiçik Qafqaz ərazisində yerləşən çaylar üçün qida mənbəyidir. Çay müəyyən müddətdən sonra quruduqda bu, içməli suya və kənd təsərrüfatına mənfi təsir edəcək”. Məhərrəm Həsənov bildirib ki, buzlaqların azalması yalnız Azərbaycanda deyil, dünyada müşahidə edilir: “Buzlaqların əriməsi böyük şəhərlərin su altında qalmasına səbəb ola bilər. Ölkə çayları başlanğıcını Türkiyə, Gürcüstandakı dağ massivlərindən götürür. Su qıtlığının yaranmaması üçün suya qənaət etmək lazımdır”.
Qeyd edək ki, Azərbaycan ərazisində dağ buzlaqları Bazardüzü, Tufandağ, Şahdağ, Yatıxdərə və Arazdərə dağlarının ərazisində yerləşir. Qusarçayın hövzəsinin buzlaqları haqqında ilk məlumatlar 1890-cı ilə təsadüf edir. Alimin dediklərinə nəzərən hesablama aparsaq, 1945-2018-ci illər arasında - 73 ildə Azərbaycandakı buzlaqların orta hesabla üçdə iki hissəsinin əridiyi qənaətinə gələ bilərik.
Fransanın bəzi media qurumları ölkəmizə qarşı qarayaxma kampaniyası aparır - MEDİA
Qəbələ, Ağstafa və Balakən istiqamətində qatarla gedənlər üçün ŞAD XƏBƏR
Rus ordusu məşhur kəndə girişi bağlayıb? - Zəngəzurda yeni savaş
Prezident Fərman imzaladı
Azərbaycana qarşı informasiya hücumları insan hüquqları üzərindən spekulyasiyalara əsaslanır – NATİQ MƏMMƏDLİ
Genişləndirilmə layihəsinə 180 milyon dollar ayrıldı - Bakı metrosu ilə bağlı ŞAD XƏBƏR
“Masallı sakini maşınını niyə yandırdı?” - İcra Hakimiyyətindən açıqlama - VİDEO
"Yaxın saatlarda təkrar təkanlar gözlənilir" - Qurban Yetirmişli
Azərbaycanda güclü zəlzələ olub - FOTO
Brendlər, keyfiyyət və sərfəli qiymətlər - BBAK Outlet Mərkəzi - VİDEO
Nəcməddin Sadıkovla bağlı ŞOK SİRLƏR AÇIQLANDI - Əsgərləri qırğına belə göndərib - VİDEO










