Həyətyanı sahədən 30 ədəd çətənə kolu aşkarlanıb - FOTO

Suraxanı Rayon Polis İdarəsi 30-cu Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində külli miqdarda kultivasiya yolu ilə yetişdirilən çətənə kolları aşkar edilərək götürülüb. DİN mətbuat xidmətindən Avtosfer.az-a verilən məlumata görə, daxil olmuş məlumat əsasında keçirilən əməliyyat zamanı Hövsan qəsəbəsində yaşayan Vaqif Quliyevin həyətyanı sahəsinə baxış keçirilib. Bu zaman oradan ümumi çəkisi 33 kiloqram olan 30 ədəd narkotik tərkibli çətənə kolu aşkar olunub. Əməliyyat tədbirlərinin davamı olaraq V.Quliyevin yaşadığı evdən əlavə 2 kiloqramdan artıq qurudulmuş və 1 kiloqram 525 qram yaş vəziyyətdə marixuana aşkar olunaraq götürülüb. İfadəsində həmin şəxs çətənə kollarını şəxsi istifadəsi üçün əkdiyini və onlara qulluq etdiyini etiraf edib. Faktla bağlı 30-cu Polis Şöbəsində toplanan materiallar araşdırılması üçün Suraxanı Rayon Polis İdarəsinə göndərilib, zəruri istintaq hərəkətləri davam etdirilir.
Yasamalda səkilər niyə genişləndirilmir? – RƏSMİ AÇIQLAMA
Dövlət və özəl sektorda iş saatları dəyişdirilə bilər? – Deputatdan TƏKLİF
Bakıda AQEM-in 7-ci Zirvə Toplantısı keçirilir - FOTOLAR - YENİLƏNİB
Bakıda keçiriləcək sammitdə hansı məsələlər müzakirə olunacaq? – POLİTOLOQ
Bakı Funikulyoru ictimai nəqliyyat sisteminə qoşulsun – Ekpertdən TƏKLİF
150 manat cərimə oluna bilərsiniz - Sürücülərin diqqətinə!
Türkiyədə “ərəbləşmə” və “mollalaşma” müzakirələri – Azərbaycan məsələsi niyə gündəmdədir?
İlham Əliyevin ilk dəfə Prezident seçilməsindən 23 il ötür - VİDEO
Bu yollarda tıxac var - SİYAHI
İlham Əliyevin adından AQEM iştirakçılarının şərəfinə şam yeməyi verilib - FOTO
İlham Əliyev Tacikistan Prezidenti ilə görüşüb

















