Həyətyanı sahədən külli miqdarda narkotik aşkar edildi - FOTO

Gədəbəy Rayon Polis Şöbəsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat tədbiri nəticəsində, narkotiklərin qanunsuz dövriyyəsi, satışı və kultivasiyası ilə məşğul olan şəxs saxlanılıb. DİN Mətbuat Xidmətinin Gəncə regional qrupundan Avtosfer.az-a verilən məlumata görə, daxil olmuş məlumat əsasında Gədəbəy rayon sakini Amin Məmmədovun rayonun Slavyanka kəndində yerləşən evinin həyətyanı sahəsinə baxış keçirilən zaman oradan aqrotexniki qaydada yetişdirilən 173 ədəd narkotik çətənə bitkisinə bənzər 2249 kiloqram olan kollar, evin yardımçı otaqlarında yarı qurudulmuş halda saxlanılan 97 kiloqram 500 qram və 70 ədəd 3 kiloqramlıq şüşə bankalara yığılan çəkisi 8 kiloqram 400 qram olan qurudulmuş marixuanaya bənzər narkotik vasitə aşkar olunaraq götürülüb. Saxlanılan şəxs ifadəsində narkotik tərkibli bitkiləri satmaq məqsədi ilə əkdiyini bildirib. Faktla bağlı Gədəbəy RPŞ-də araşdırma aparılır.
Namiq



Prezidentin hesablarında Vətən müharibəsi ilə bağlı video paylaşılıb - VİDEO
Vasif Talıbov da YAP-ın Veteranlar Şurasından uzaqlaşdırıldı
Azərbaycana qarşı hibrid hücumların məqsədi nədir? – POLİTOLOQ
Qarabağ və Şərqi Zəngəzura ayrılan 13,2 milyard vəsait hansı istiqamətlərdə xərclənəcək? - AÇIQLAMA
Elektrikli avtomobillər 4 dəqiqəyə şarj olunur: Ən sürətli modellər AÇIQLANDI
Dayanacaq ciblərində asfalt niyə sıradan çıxır? – ARAŞDIRMA
Bu yollarda tıxac var - SİYAHI
Prezident İlham Əliyev AQEM-in Zirvə Görüşündən paylaşım edib - VİDEO
Qanunda dəyişiklik; erkən evliliklə bağlı qaydalar sərtləşdirilməlidir? – SORĞU – VİDEO
Özbəkistanda maraqlı qayda: Erkən nikahla bağlı məlumat ver, pul qazan
Yasamalda səkilər niyə genişləndirilmir? – RƏSMİ AÇIQLAMA












