Heyvan bazarında 8 kiloqrama yaxın narkotik aşkarlandı - Cəlilabadda

Cəlilabadda külli miqdarda narkotik maddə aşkarlanıb. Avtosfer.az-ın Trend-ə istinadən məlumatına görə, Cəlilabad rayon Polis Şöbəsi əməkdaşlarının keçirdiyi əməliyyat tədbirləri nəticəsində rayon ərazisindəki iri və xırda buynuzlu heyvanların satışı bazarının həyətində ayaqyolunun arxa tərəfində torbada 3 ədəd bağlama aşkar edilərək götürülüb. Həmin bağlamalar məhkəmə kimyəvi ekspertizaya təhvil verilib. Ekspertizanın rəyinə görə, torbada ümumi çəkisi 5702 qram tünd qəhvəyi maddə, 2 min qram isə xaşxaş bitkisindən kustar üsulla hazırlanmış narkotik tərkibli tiryək olduğu müəyyən edilib. Faktla bağlı Cəlilabad rayon Polis Şöbəsində Cinayət Məcəlləsinin 234.4.3-cü (Qanunsuz olaraq narkotik vasitələri, psixotrop maddələri və ya onların prekursorlarını hazırlama, istehsal etmə, əldə etmə, saxlama, daşıma, göndərmə və ya satma, külli miqdarda törədildikdə) maddəsilə cinayət işi başlanıb.
Türkiyənin illərini alan təhlükə: Din adı altında qurulan nüfuz
Dindən danışmaq asandır, bəs əməllər? – Söz başqa, reallıq başqa
Prezidentin hesablarında Vətən müharibəsi ilə bağlı video paylaşılıb - VİDEO
Vasif Talıbov da YAP-ın Veteranlar Şurasından uzaqlaşdırıldı
Azərbaycana qarşı hibrid hücumların məqsədi nədir? – POLİTOLOQ
Qarabağ və Şərqi Zəngəzura ayrılan 13,2 milyard vəsait hansı istiqamətlərdə xərclənəcək? - AÇIQLAMA
Elektrikli avtomobillər 4 dəqiqəyə şarj olunur: Ən sürətli modellər AÇIQLANDI
Dayanacaq ciblərində asfalt niyə sıradan çıxır? – ARAŞDIRMA
Bu yollarda tıxac var - SİYAHI
Prezident İlham Əliyev AQEM-in Zirvə Görüşündən paylaşım edib - VİDEO
Qanunda dəyişiklik; erkən evliliklə bağlı qaydalar sərtləşdirilməlidir? – SORĞU – VİDEO












