Hibrid və elektromobil almaq istəyənlərin NƏZƏRİNƏ!: Qiymətlərlə bağlı REAL YANAŞMA

Gələn ildən elektrik mühərrikli avtomobillərin əlavə dəyər vergisinə (ƏDV) cəlb olunacağı ilə bağlı qərar ictimaiyyətdə böyük maraq doğurub. Bu dəyişiklik bazarda elektrikli, hibrit və benzinlə işləyən avtomobillərin qiymət nisbətinə necə təsir göstərəcək?
Mövzu ilə bağlı nəqliyyat məsələləri üzrə ekspert Yasin Mustafayev bildirib ki, ƏDV-nin tətbiqi nəticəsində elektrikli avtomobillərin qiymətində ciddi artım müşahidə olunacaq:
“Elektrikli avtomobillərin də qiyməti ƏDV qədər qalxacaq. Əsas meyar budur ki, ƏDV tətbiq ediləcəksə, ölkəyə idxal edilərkən onu idxalçılar ödəyəcək. Bu vergi 18 faiz təşkil edir və birbaşa qiymətin üstünə gələcək. Nəticədə təxminən 18-20 faiz bahalaşma olacaq”.
Ekspertin sözlərinə görə, bu artım elektrikli avtomobillərlə yanaşı, bazarda hibrit və benzinli avtomobillər arasındakı qiymət fərqinə də təsir göstərəcək. Elektrikli nəqliyyat vasitələrinin stimullaşdırılması məqsədilə əvvəllər onlara tətbiq olunmayan ƏDV-nin bərpası nəticəsində artıq bu fərq azalacaq./konkret.az
Konstitusiyamız dəyişən dövrün çağırışlarına uyğun təkmilləşdirilməlidir - DEPUTAT
İlham Əliyevin Nikol Paşinyan ilə görüşünə dair VİDEOÇARX
İlham Əliyevin Nikol Paşinyan ilə görüşü olub - VİDEO
İlham Əliyev "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirak edib - FOTO - VİDEO
İlham Əliyev Avropa Siyasi Birliyinin Zirvə toplantısında iştirak edib - FOTO
Göy məscidlə bağlı yeni plan: Ermənistan nə etməyə çalışır? - AÇIQLAMA
Əmək bazarında dayanıqlı inkişaf üçün hansı sahələr böyüməlidir? – İQTİSADÇI
Dəmir yolu ilə hansı rayonlara əlavə reyslər təşkil edilməlidir? – Deputatdan TƏKLİF
Rayon yollarında ağır qəzaların qarşısını necə almaq olar? – TƏKLİF
İlham Əliyev Dublinə səfər edib - VİDEO
Avtomobillə işə gedənlərin NƏZƏRİNƏ! - FOTO












