“Hicabla ciddi olun!”: Din xadimi hicab bağlayıb, sonra imtina edən qadınlara ETİRAZ ETDİ

“Əvvəl hicab geyinirdi, indi isə hicabda deyil” - bu sözləri son vaxtlar çox eşidirik. Xanımlar müxtəlif niyyətlərlə hicaba girir, sonradan isə normal geyimlərinə qayıdırlar. Bəs görəsən, hicabı çıxarmaq dində günah sayılırmı?
Tanınmış ilahiyyatçı , “Məşədi Dadaş” məscidinin imam camaatı hacı Şahin Həsənlinin fikrincə, dini hökmlərə əməl etməkdə başlıca məsələ niyyətdir: “İnsan xeyirxah əməlini Allah rizası üçün yerinə yetirməlidir. İnsan istər hicab geyinmək, istərsə də digər dini vaciblərə əməl etmək istəyirsə, bunu Allahın rizası üçün etməlidir. Bəzən insanlar başqa niyyətlərlə hicaba keçirlər. Kimi axına düşür, kimi, dəb xatirinə, kimi də ailə qurmaq üçün hicab bağlayır. Təbii ki, belə niyyətlərlə hicabı vasitə kimi istifadə etmək yolverilməzdir və günahdır. Din səmimiyyəti sevir, hər bir əməli səmimi şəkildə yerinə yetirməlidir. Xanımlar hicab geyinib-geyinməməkdə azaddır. Qurani-Kərimdə hicabın bağlanması barədə ayə var, amma bu, insanın öz ixtiyarında olan məsələdir. Yaxşı olar ki, belə məsələlərə qadınlar ciddi yanaşsınlar. Çünki din xatirinə deyil, hər hansı məqsəd üçün hicab bağlayan şəxslər dini dəyərlərin ucuzlaşmasına gətirib çıxarır, başqalarında dinə qarşı inamsızlıq yaradır. Dini cəhətdən vacib nüanslarla, o cümlədən hicabla zarafat etmək olmaz”.
Türkiyənin illərini alan təhlükə: Din adı altında qurulan nüfuz
Dindən danışmaq asandır, bəs əməllər? – Söz başqa, reallıq başqa
Prezidentin hesablarında Vətən müharibəsi ilə bağlı video paylaşılıb - VİDEO
Vasif Talıbov da YAP-ın Veteranlar Şurasından uzaqlaşdırıldı
Azərbaycana qarşı hibrid hücumların məqsədi nədir? – POLİTOLOQ
Qarabağ və Şərqi Zəngəzura ayrılan 13,2 milyard vəsait hansı istiqamətlərdə xərclənəcək? - AÇIQLAMA
Elektrikli avtomobillər 4 dəqiqəyə şarj olunur: Ən sürətli modellər AÇIQLANDI
Dayanacaq ciblərində asfalt niyə sıradan çıxır? – ARAŞDIRMA
Bu yollarda tıxac var - SİYAHI
Prezident İlham Əliyev AQEM-in Zirvə Görüşündən paylaşım edib - VİDEO
Qanunda dəyişiklik; erkən evliliklə bağlı qaydalar sərtləşdirilməlidir? – SORĞU – VİDEO












